Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda gənc qadın küçədə zorla qaçırılıb? - Açıqlama + Video

Sosial şəbəkələrdə Bakının mərkəzində gənc qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılıb.

Qafqazinfo” xəbər verir ki, görüntülərdə bir neçə şəxsin Nərimanov rayonu Həsən Əliyev küçəsində bir qadına qarşı zorakılıq etməsi əks olunub. İddia edilib ki, qadın iradəsinə zidd şəkildə avtomobilə mindirilərək qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sorğumuza cavab olaraq bildirib ki, hadisə iyulun 26-da baş verib:

“Nərimanov rayonunda DİN-in “102” Xidməti Zəng Mərkəzinə naməlum şəxsin bir qadını məcburi şəkildə avtomobilə əyləşdirmək istəməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin əməliyyat qrupu çıxıb. Həmin şəxslər müəyyən olunaraq şöbəyə dəvət ediliblər.

Araşdırmalarla məlum olub ki, onlar 5  ildir ki, birlikdə digər ölkədə yaşayırlar və Bakıya qısamüddətli səfərə gəliblər. Həmin gün isə tərəflər arasında qısqanclıq zəminində sözlü mübahisə yaranıb və hadisənin baş verməsində kriminal tərkibli əlamətlər yoxdur. Toplanmış material əsasında 16-cı PŞ-də təhqiqat araşdırmaları aparılıb. Tərəflərin izahatları alınıb, şikayət tələbi olmadığı üçün onlar sərbəst buraxılıblar”.

Poliqon.info 


Etiket: Qaçırılma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar