Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiçik Kennedi İranın qarşısına iki şərt qoydu...

ABŞ-ın İranla bağlı razılaşma əldə etməsi üçün Tehran nüvə silahı proqramından əl çəkəcəyi və HƏMAS-a dəstəyi dayandıracağını vəd etməlidir...

Poliqon xəbər verir ki, bunu Demokratlar Partiyasından prezidentliyə namizəd Robert Kennedi deyib.

Kennedi “İran müqaviləsi”ni imzalayıb-imzalamayacağı ilə bağlı suala “İran müqaviləsini imzalamayacağımı deyə bilmərəm”, cavabını verib.

Bununla belə, Kennedinin sözlərinə görə, İran ölkələrin birliyinə inteqrasiya etmək üçün iki şey etməlidir: “İran bu imtinanı yoxlamaq imkanı ilə nüvə silahından imtina edəcəyini vəd edənə qədər Tehranla heç bir sövdələşmə olmamalıdır. İkincisi İran HƏMAS-ın maliyyələşdirilməsi siyasətini dəyişməlidir”, deyə prezidentliyə namizəd bildirib

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin may ayında Donald Trampın rəhbərliyi altında ABŞ JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.

Vyanada JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. İranın sözçüsü Baqeri Kyani danışıqların yaxşı getdiyini deyib, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Pris Vyanada irəliləyişi "təvazökarlıq" kimi qiymətləndirərək, Tehranı məsələyə ciddi yanaşmağa çağırıb. İndi Vyana danışıqları prosesində fasilə yaranıb.

Poliqon.info


Etiket: Kennedi İran Şərt


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar