Ukraynanın müdafiə naziri Oleksiy Reznikov etiraf edib ki, Ukraynanın əks-hücum əməliyyatı qrafikdən geri qalır...
Poliqon xəbər verir ki, Ukraynanın müdafiə naziri bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Reznikov qeyd edib ki, Kiyev üçün əsas məqsəd əsgərlərinin həyatını qorumaq və onları qurban verməməkdir.
“Əgər Ukrayna Silahlı Qüvvələri Azov dənizi boyunca güclü müdafiə xətlərini keçə bilsə, bu, yaxşı nəticə olacaq”, deyə Ukrayna rəsmisi qeyd edib.
Reznikov həmçinin bildirib ki, Ukraynalı pilotların Amerika F-16 qırıcılarından istifadə etmək üçün təlimləri avqustda başlayacaq:
“Əgər bu təyyarələr indi Ukraynada olsaydı, o zaman Ukrayna ordusu əks-hücumda daha çox irəliləyiş əldə edərdilər”, deyə Reznikov vurğulayıb.
Poliqon.info