Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətər son 6 ildə ilk dəfə BƏƏ-yə səfir təyin edib

Qətər əmiri Sultan bin Səlmin əl-Mənsurini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.

“Report” xəbər verir ki, bu barədə müvafiq sərəncam əmir Təmim bin Həməd Al Taninin ofisinin saytında dərc olunub.

“Sultan bin Səlmin əl-Mənsuri BƏƏ-də fövqəladə və səlahiyyətli səfir təyin edilsin”, - sənəddə deyilir. Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. Qətər hakimiyyəti 2017-ci ildə Doha ilə Əbu-Dabi arasında diplomatik münasibətlərin kəsilməsindən sonra ilk dəfə BƏƏ-yə səfir təyin etmək qərarına gəlib.

Qeyd edək ki, Qətərin BƏƏ-dəki yeni nümayəndəsi Əl-Mənsuri 2014-2019-cu illərdə ölkənin Çindəki səfiri olub və 2019-2023-cü illərdə Avstriyada dövlətinin maraqlarını təmsil edib.

Xatırladaq ki, 2017-ci ilin iyununda Bəhreyn, Misir, Yəmən, Liviya, BƏƏ və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələri kəsib. Bu qərarın əsas səbəbi Qətərin sabitliyi pozan rolu, həmçinin əmirliyin ekstremist ideologiyaya və regionda fəaliyyət göstərən qruplaşmalara dəstək verməsi göstərilib. Dohada bu iddialar əsassız adlandırılıb.

2021-ci ilin yanvarında ərəb monarxiyaları və Misir Kəngər Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammitində Qətərlə bütün fikir ayrılıqlarına son qoymaq, onunla tam diplomatik münasibətləri bərpa etmək, həmçinin nəqliyyat blokadasını aradan qaldırmaq haqqında saziş imzalayıblar. Ancaq toplantıdan sonra ölkələrin heç də hamısı Doha ilə münasibətləri normallaşdırmağa razılaşıb.

BƏƏ diplomatik əlaqələrin bərpa olunduğunu və səfirliklərin, eləcə də Qətərin Dubaydakı konsulluğunun işinin bərpasını yalnız 19 iyun 2023-cü ildə elan edib.

Poliqon.info 


Etiket: Səfir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ən çox oxunanalar