Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqası: “Qarabağ” darmadağınla II təsnifat mərhələsinə vəsiqə qazanıb - Yenilənib

“Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib...

“Report”un məlumatına görə, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.

Bir həftə əvvəl “Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər - 4:0.

Qarşılaşmada hesabı 7-ci dəqiqədə fransalı yarımmüdafiəçi Abdullah Zubir açıb. Fasilə ərəfəsində ağdamlılar fərqi iki topa çatdırıblar. 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə başla vurduğu dəqiq zərbə ilə rəqibi məyus edib.

Fasilədən dərhal sonra qonaqlar növbəti dəfə mərkəzə dəvət olunublar. 49-cu dəqiqədə albaniyalı hücumçu Redon Cica topu boş qapıdan keçirməkdə çətinlik çəkməyib. “Qarabağ” bununla da kifayətlənməyib. 62-ci dəqiqədə monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçin zərbəsi qarşısıalınmaz olub və Azərbaycan çempionu 4:0 hesablı qələbə qazanıb.

Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.

***

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı görüşdə bu dəfə də meydan sahibləri seviniblər.

Matçın 62-ci dəqiqəsində Marko Yankoviç fərqlənib - 4:0.

***

“Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionundakı görüşdə fasilə başa çatıb.

Birinci hissədən sonra “Qarabağ” 2:0 hesabı ilə öndədir.

***

Poliqon.info-nun məlumatına görə, Azərbaycan çempionu rəqib qapısına yol tapıb.

Matçın 7-ci dəqiqəsində Abdullah Zubir fərqlənib - 1:0.

***

Bakıda "Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü albaniyalı Eldorjan Hamitinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar