Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taxıl sazişi” bitər-bitməz Rusiya Odessa limanına raket zərbələri endirib...

Rusiya Krım körpüsünə hücumdan və taxıl müqaviləsinin tamamlanmasından sonra Odessa limanını vurmağa cəhd edib...

Poliqon xəbər verir ki, Rusiya Odessaya 2022-ci ilin may ayından bəri ən kütləvi raket hücumunu həyata keçirib və zərbənin hədəfi liman infrastrukturu olub. Bu, Ukraynanın Krım körpüsünə zərbə endirməsindən və Kremlin taxıl sazişindən çıxması barədə bəyanatından bir gün sonra baş verib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna çərşənbə axşamı gecə Krımın üzərindən 28 pilotsuz uçan aparat buraxıb. Bu məlumat təsdiqlənərsə, bu hücum Ukrayna Silahlı Qüvvələrinin Krımdakı obyektlərə ən intensiv hücumu hesab olunacaq.

Ukrayna Silahlı Qüvvələrinin “Cənub” komandanlığının məlumatına görə, gecə saatlarında Odessaya altı “Kalibr” qanadlı raketi atılıb. Hərbçilər bütün raketlərin vurulduğunu iddia edir. Bundan əlavə Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, raket hücumundan əvvəl Rusiya ordusu İran kamikadze pilotsuz uçan aparatların bir neçə dalğasını işə salıb. Bu kamikadze PUA-lardan 21-i Odessaya yaxınlaşarkən, daha dördü Nikolayev vilayətində vurulub.

Xatırladaq ki, 2022-ci ilin may ayından bu yana Odessanın belə kütləvi atəşə tutulması baş verməyib, o zaman şəhərə bir neçə dəfə qanadlı raketlər atılıb.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Odessada limanın infrastruktur obyektləri vurulan raketlərin parçaları və partlayış dalğası nəticəsində zədələnib. Nikolaevdə pilotsuz təyyarə sənaye obyektini vurub.

Rusiya mənbələri Odessa və Nikolayevdə partlayışların video görüntülərini dərc edib. “Mash” telegram kanalı Nikolaevdəki neft bazasında yanğının başladığını iddia edir. Odessada liman ərazisində bir neçə partlayış baş verib. Hərbu blogerlər Yevgeni Poddubnı və Andrey Rudenko yazıb ki, zərbələrin hədəfi liman infrastrukturu olub. RT-nin baş redaktoru Marqarita Simonyan isə partlayışlar barədə xəbərləri “cavab” sözü ilə şərh edib.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak Odessa və Nikolayevə hücumları “terrorçu ölkənin Ukraynanın ərzaq ixracından asılı olan müxtəlif ölkələrdə 400 milyon insanın həyatını təhlükə altına atmaq istədiyinin sübutu” adlandırıb.

Rusiya Müdafiə Nazirliyi və Krımın rəhbəri Sergey Aksyonov çərşənbə axşamı səhər yarımadaya 28 pilotsuz uçuş aparatının hücumuna məruz qaldığını bildirib. Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 17 pilotsuz uçan aparatı məhv edib, daha 11 pilotsuz uçan aparat isə elektron döyüş texnikası ilə ələ keçirilib. Aksyonov bildirib ki, pilotsuz təyyarələr Krımın şərqində, yəni cəbhədən uzaqda vurulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar