“Rusiyaya təhdid” ritorikasının arxasında gizlənən ABŞ Suriyaya ueni qoşun yeridir...
Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb. Qəzet yazır ki, son zamanlar ABŞ Suriyanın şimalında yerləşən ərazilərə 2500-ə yaxın əsgər və texnika yerləşdirdirib.
Nəşrin yazdığına görə, Vaşinqton Türkiyədə qadağan olunmuş Küridistan Fəhlə Partiyası (PKK)yaraqlılarını qorumaq üçün bu cür addımlar atır. Qəzet qeyd edir ki, eyni zamanda Ağ Ev nümayəndələri Suriyadakı hərbi yenilənmələri İran və Rusiyadan gələn təhdidlər ritorikası ilə izah etməyə çalışırlar.
“Türkiyə hakimiyyəti ABŞ-ın dəstəklədiyi PKK-ya qarşı mübarizəni davam etdirir. Xüsusilə, Vaşinqton keçən həftə Suriyada PKK-nın yerləşdiyi bölgələrə 2500 əsgər göndərəcəyini bildirmişdi. Digər şeylərlə yanaşı, Amerikanın bu bölgədə ciddi istehkam işləri apardığı ortaya çıxdı. Onlar PKK-nın təhlükəsizliyini təmin etmək istəyirlər”, deyə qəzet yazır.
Poliqon.info