Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib

İyulun 14-də İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Şirvan Şəhər Mədəniyyət Mərkəzinin səhnəsində “Nurlu ömrün anları” tamaşasını oynayıblar...

Tamaşa Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə nümayiş olunub. Nümayişdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, mədəniyyət işçiləri, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, bununla əlaqədar olaraq respublikamızda, o cümlədən Şirvan şəhərində silsilə tədbirlərin keçirildiyini bildirib. Ulu öndər Heydər Əliyevin zəngin irsinin, fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi olduğunu, onun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulayıb. Müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, tamaşanın müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir. Sonda xatirə şəkli çəkilib.

Şirvanda “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib.

Fotolar

Poliqon.info


Etiket: Şirvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Ən çox oxunanalar