Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər buzlu ekzoplanetləri yaşayış üçün əlverişli hesab edir

Lionda keçirilən Qoldşmidt Geokimya Konfransında təqdimatla çıxış edən Rutgers Universitetinin (ABŞ) alimləri yeraltı suları olan yer tipli ekzoplanetlərin (ekzo-Yerlər) mövcudluğunu proqnozlaşdırıblar...

Poliqon xəbər verir ki, araşdırmanın nəticələri "Nature Communication" jurnalında dərc olunub. Belə planetlər "qırmızı cırtdanlar"ın ətrafında fırlanır və yaşayış zonasından kənardadırlar, lakin geotermal istilər səbəbindən onların yeraltı okeanları var. Ümumiyyətlə qəbul edilir ki, su yalnız yaşayış zonasında yerləşən planetlərdə mövcuddur. Əgər planet öz hüdudlarından kənara çıxarsa, onda su onun üzərində saxlanmır. Bununla belə, istisnalar var. Belə ki, Günəş sistemində buzlu peyklər Yupiter və Saturnun ətrafında fırlanır, onlar da yaşayış zonasından kənardadırlar, lakin buzlaqaltı okeanlara malikdirlər. Alimlər oxşar prosesin kifayət qədər böyük məsafədə "qırmızı cırtdanlar"ın ətrafında fırlanan planetlərlə də baş verə biləcəyini irəli sürüblər. Tədqiqatçılar, su buzunun donma nöqtəsindən yuxarı temperaturda maye suyun uzun müddət mövcud olmasına imkan verən şərtləri müəyyən etmək üçün ekzo-Yerdəki buz təbəqələrinin təkamülünü modelləşdiriblər. Məlum olub ki, Yupiter və Saturnun peyklərində baş verən orta geotermal aktivliklə belə, buz təbəqələrinin dibində maye su okeanları yarana bilər. İstilik əmələ gətirən radioaktiv elementlərin yarı ömrünün yavaş (milyardlarla ildən çox) olması səbəbindən onlar uzun müddət davam edə bilərlər. Müəlliflər belə qənaətə gəlirlər ki, planetin qabığı ilə tez-tez təmasda olan və qalın buz təbəqələri ilə ana ulduzun yüksək enerjili şüalanmasından qorunan bu buzaltı okeanlar həyatın mövcudluğu üçün əlverişli şərait yarada bilər. Tədqiqatın müəllifləri vurğulayırlar ki, planetlərin əmələ gəlməsindən sonra onların daxili hissəsində əsas istilik mənbələri 40K, 232Th, 235U və 238U kimi uzun yarımömürlü radioaktiv izotoplar ola bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar