Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden və Blinken Ərdoğanın Aİ-yə üzvlüklə bağlı şərtini əvvəlcədən bilirmiş...

ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinkenə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirəcəyi barədə əvvəlcədən məlumat verilib, bundan sonra yeni yol xəritəsi hazırlanıb...

Poliqon xəbər verir ki, bu barədə "Hürriyet" mənbələrə istinadən məlumat yayıb.

İyulun 10-da Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edildikdən sonra mümkün olacaq. Bu bəyanatdan sonra elə həmin gün NATO baş katibi Yens Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO üzvlüyü ilə bağlı müraciətini Türkiyə parlamentinə ratifikasiya etmək üçün sənədləri "mümkün qədər tez" göndərməyə razılaşıb.

Nəşr qeyd edir ki, NATO sammiti başlamazdan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ilk dəfə ABŞ dövlət katibi Blinkenə Türkiyənin Aİ məsələsini gündəmə gətirəcəyini bildirib. Klinton administrasiyası dövründə Türkiyənin AB-yə daxil olma prosesini dəstəkləyən Blinken telefonla Fidanı dəstəklədiyini təsdiqləyib.

"Blinken və Fidan arasında telefon danışığından sonra prezident Ərdoğan eyni mesajı ABŞ prezidenti Baydenə də göndərib. Bir qədər təəccüblənən Bayden Türkiyənin siyasətini dəstəkləyəcəyini açıqlayıb və yeni yol xəritəsi qüvvəyə minib", deyə nəşr yazır.

Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman - AET) assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. İndi danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Ən çox oxunanalar