Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni şeirlər: «Kölgəmə söykənib susuz başdaşım...»

***
...yiyəsiz bir evə vurulub külək,
bir qapı izi var biləklərində.
Kim bilir, bəlkə də bir gün, nə vaxtsa
qapısı döyülüb küləklərin də...

Qaşları mamırlı həmin qız evdə,
küləklə məktublaşır divar saatı...
İllərdi bu evdə yaz çiçəkləmir,
bu evin nəbzindən qopar, saatı.

...vurulduğu evə gəlib bu külək,
sevdiyi şəkili görməyə gəlib.
Kim bilir, kim bilir, elə bəlkə də
bu külək bu evdə ölməyə gəlib.

...yiyəsiz bir evə vurulub külək,
bir qapı izi var biləklərində.


***
(Paşa Talıblı uşaqlığına...)

De, hardasan göz yaşımın yaddaşı?
Çıxıb gedən ayaq izim dönmədi.
Kölgəmə söykənib susuz başdaşım...
Şəklim döndü, gülər üzüm dönmədi.

...al Günəşin sazağında uyudum,
uzaqların qucağında böyüdüm.
Mən Tanrının ocağında su yudum,
çox sızladım sızım-sızım, dönmədim!

Biləmmədim kim mayadı, kim sədəf...
Bu oyunda mən saz idim, kimsə dəf!
Anlamadı məni yaradan kimsə də,
çıxıb gedən alınyazım dönmədi.

Tural Turan

Poliqon.info 


Etiket: Şeir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ən çox oxunanalar