Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçdə dini kitabların yandırılması ilə bağlı yeni aksiyalara hazırlıqlar aparılır...

İsveç polisi Stokholm və Helsinqborqda dini kitabların, o cümlədən Quranın yandırılmasına qarşı nümayişlər keçirilməsi üçün üç müraciət alıb...

Poliqon xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Kanal qeyd edib ki, 50 yaşlı qadın nümayişin "mümkün qədər tez" keçirilməsini istəyib. Onun sözlərinə görə, ötən həftə müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı aksiya ədalətsiz olduğundan yürüş təşkil etmək qərarına gəlib.

Başqa bir ərizədə isə polisdən İsrail səfirliyi qarşısında Tövrat və İncili yandırmaq üçün icazə istənilib. Ərizəçinin 30 yaşlı isveçli olduğu məlum olub.

Üçüncü ərizədə vətəndaşlar iyulun 12-də Helsinqborqun mərkəzində dini kitabların (hansı olduğu qeyd olunmur) yandırılmasına icazə verilməsini xahiş ediblər.

Skane əyalətinin şimal-qərb polis idarəsinin rəisi Mattias Siqfridsson qeyd edib ki, bütün bu aksiyalar hər hansı konkret dinə qarşı yönəlməyib, lakin ölkədə söz azadlığının həyata keçirilməsinin və onun ətrafında gedən müzakirələrin tərkib hissəsidir.

İyunun 28-də Stokholm polisi məscidin yanında Quranın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib. İsveçin baş naziri Ulf Kristersson qərarın "qanuni, lakin yersiz" olduğunu deyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Ən çox oxunanalar