Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN ölkə ərazisində əməliyyatlar keçirib, 33 kq narkotik, silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinə və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib...

DİN-dən Poliqon-a verilən məlumata görə, saxlanılan şəxslərdən 33 kiloqram narkotik vasitə, 2 tapança, 2 avtomat silah, 1 ov tüfəngi, 47 ədəd patron və 3 ədəd patron darağı aşkar edilib. Əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Vaqif Novruzov və İsmayıl Piriyev, habelə Şirvan şəhər sakini Ülvi İbrahimov saxlanılıblar. Onlardan ümumilikdə 33 kiloqram narkotik vasitə, o cümlədən, 17 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 16 kiloqram heroin aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, Vaqif Novruzov, İsmayıl Piriyev və Ülvi İbrahimov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Baş İdarə əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Balakən, Qusar, SabirabadXaçmaz rayonlarında həyata keçirilən əməliyyatlar zamanı qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslər - Teymur Nərimanov, Samir Şəkiliyev, Emin Bağıyev, Bəyanət Əsgərov və Eldəniz Fərzəliyev saxlanılıblar. Nəticədə Teymur Nərimanovdan 1 ədəd “Minta-37” markalı tapança, 1 ədəd patron, 1 ədəd patron darağı, Samir Şəkiliyevdən 1 ədəd “Naqan” markalı tapança, Emin Bağıyevdən “AKS-74” markalı avtomat silah, 1 ədəd patron darağı, 27 ədəd patron Bəyanət Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ” markalı ov tüfəngi, Eldəniz Fərzəliyevdən isə “ Kalaşnikov” markalı avtomat, 19 ədəd patron və 1 sandıqça aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar