Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus Pribaltikası dünyanın yantar paytaxtı olmağa iddialıdır - Foto

Rusiyanın kalininqrad vilayəti Avropa İttifaqı ölkələri ilə əhatələnmiş və atnirus sanksiyalarının fonunda xarici investorlar üçün "açıq qapılar" siyasəti yürüdür.

Buna sübut olaraq keçən həftə Kalininqradda keçirilmiş VI Beynəlxalaq yantar forumu göstərilə bilər. Məhz Balatikdəki Rusiya eksklavında dünyanın yantar ehtiyatlarının 95% yerləşir. Bu, qədim ağacların kristallaşmış külüdür və bu yataqların on milyonlarla il yaşı var.

Bu gün Rusiyanın "Rostex" korporasiyasına daxil olan Kalininqrad yantar kombinatı ildə təxminən 500 ton bu qiymətli daşı istehsal edir. 2024-cü ildə müəssisə Baltik dənizinin sahil hissəsindən 630 ton yantar çıxarmağı qarşısına məqsəd qoyub. Çünki bu daşa tələbat böyükdür.

Qeyd edək ki, VI Beynəlxalaq yantar forumunda Azərtbaycandan, Özbəkistandan, Çindən, Honkonqdan, BƏƏ-dən və Küveytdən iş adamları iştirak edirdilər. Mədəni tanıtım mərasimindən sonra forumda yantar daşlarının satış auksiyonu da təşkil edildi. Ən bahalı daş 1 kq 112 qr ağırlığındakı daş oldu. Bu daş məşhur rus rəssam-avanqardçısı Mark Şqalanın şərəfinə "Şaqala" adlandırılmışdı. Bu daşa auksiyonda 1 milyon 130 min rubl ödəyərək çinli biznesmen sahib oldu. Beləliklə yantarın bir qramı faktiki olaraq 1000 rubla satılmış oldu.

"Biz əminliklə deyə bilərik ki, Ruisiyanı Kalininqrad şəhərinin timsalında dünyanın yantar mərkəzinə çevirə bilərik və istiqamətdə addımlayırıq. Əgər5 il əvvəl yantar deyiləndə Litvanın Vilnüs və Polşanın Qdansk şəhərləri yada düşürdüsə, bu gün yantar deyiləndə Kaliniqrad yada düşür", - deyə Kalininqrad yantar kombinatının direktoru Moxail Zaçepin bildirib.

Forumun yekununda şirkıtlə Çinin nəhəng holdinqi arasında "Polistoun" zərgərlik məmulatlarının birgə istehsalı haqqında saziş imzalanıb. İlk addım olaraq Şanxayda Kalininqrad yantarı mağazası açılacaq.

"Çinlilər sözün əsl mənasında bir həftə ərzində Kalininqraddakı, Svetloqorskdakı və Zelenoqradskidəki bütün mağazaları boşaltdılar. Biz hətta bu müdət ərzində tələbatı ödəmək üçün əlavə məhsul da istehsal etdik. Ona görə də bu əməkdaşlığın perspektivinə çox inanırıq", - deyə kombinatın direktoru sözlərinə əkavə edib.

Onu da bildiririk ki, Kaliniqrad kombinatının çinlilərdən başqa da partnoyorlarla əməkdaşlıq planları var. Bunların arasında Cənubi qafqaz, Orta Asiya və Yaxın Şərqdən olan biznesmenlər də var.

Məsələn, forumda iştirak edən körfəz ölkələri Yantar assosiasiyasının nümayəndəsi Tarik Elşanti jurnalistlərlə söhbətində belə deyib:

"Biz Rusiyanı müdafiə edirik! Bizim üçün sizinlə işləmək çox vacibdir".

Azərbaycanlılar üçün də Rusiyanın ən qərb bölgəsində yantar sənayesinin inkişafı tarixi yad hadisə deyil. Kalininqrad yantar kombinatının yaranması və işləməsi prosesində Böyük Vətə\n Müharibəsi veteranı, Kyoniqsberqə hücumun iştirakçısı azərbaycanlı Kərim Rzayev də yaxından iştirak edib.

O, müharibə bitdikdən sonra bu almanlardan qalmış yarımdağılmış kombinata rəhbərlik edib və onu dirçəldib. Məhz Kərim Rzayev 1946-cı ildə SSRİ hökumətinə müraciət edərək kombinatın bərpa edilməsinə nail olub.

Rzayevin müraciətindən düz bir il sonra Aleksey Kosıgin kombinatın bərpası prosesinə start verir. Təqadüdə çıxan Kərim Rzayev isə daha sonra Bakıya qayıdır və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Deputat seçilir. Hazırda Sosialist əməyi qəhrəmanı Kərim Rzayevin xatirə lövhəsi azərbaycan diasporunun təşəbbüsü ilə yantar kombinatının divarından asılıb.

Andrey Beloborodov

Fotolar

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ən çox oxunanalar