Çin ABŞ-ın iki ölkə arasında birbaşa hərbi əlaqə xəttinin yaradılması təklifini rədd edib...
Poliqon The Hill nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Katibi Entoni Blinken bildirib.
Nəşr yazır ki, u rabitə xətti Bayden administrasiyası üçün əsas prioritet hesab olunur. Çünki bu, ABŞ və Çinə təhlükəli qarşıdurmanı tez bir zamanda azaltmağa və potensial münaqişələrdən qaçmağa kömək edə bilər.
Xəbərdə bildirilir ki, Blinken Si Tsinpinlə görüşündə dəfələrlə kommunikasiya xəttinə ehtiyac olduğunu dilə gətirsə də, Çin lideri hazırda bu istiqamətdə irəliləməyə razı olmayıb.
The Hill qeyd edir ki, Blinkenin Si Tsinpinlə birbaşa görüşməsi Pekinin bu səfərə və iki ölkə arasındakı münasibətləri nə qədər ciddi qəbul etdiyini göstərir.
Poliqon.info