Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Kazaryanı xain elan etdi - Moskva artıq açıq şəkildə münaqişənin həllini istəmədiyini göstərir...

Rusiya Xarici İşlər Nazirliyi iddia edib ki, ABŞ-ın Qarabağdakı maraqlarını separatçıların sözdə “xarici işlər naziri” Sergey Kazaryan təmsil edir...

Siyasi-şərhçi: “Burada əsas diqqət çəkən məqam, Rusiyanın Kazaryanı Bakı və Qarabağdakı ermənilər ilə dialoq tərəfdarı olmasında ittiham etməsidir. Burada sual yaranır ki, bəs siz Rusiya olaraq dialoqun tərəfdarı deyilsiz bəyəm?”.

Rusiyanın dünyadan təcrid olduğu zamanda ABŞ və Qərbi bu məsələdə tələsdirməliyik. Çünki uzun zamandan sonra ilk dəfədir ki, ABŞ ilə Azərbaycanın maraqları üst üstə düşür”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Sergey Kazaryanı “xain” adlandırmasının səbəblərini siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyi iddia edib ki, ABŞ-ın Qarabağdakı maraqlarını separatçıların sözdə “xarici işlər naziri” Sergey Kazaryan təmsil edir. Moskvanın iddiasına görə, Amerika üçün lobbiçilik edən Kazaryan Vaşinqtonun rəsmi Bakı ilə Qarabağ erməniləri ilə dialoqunun tərəfdarıdır.

Bəs Rusiya XİN-nin və Kremlin nəzarətindəki media strukturlarının Sergey Kazaryanı “xain” kimi göstərməsi Moskvanın Bakı ilə Xankəndi arasında təmasların və dialoqun əleyhinə olduğunu göstərmir? Ümumiyyətlə, Rusiya niyə bu qədər açıq şəkildə münaqişənin həllinə qarşı çıxır?

Rusiyanın açıq şəkildə Qarabağla bağlı ortaya qoyduğu təxribatçı addımlarını Poliqon-un əməkdaşı AĞ Partiya mərkəzi aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Bizə ərazi bütovlüyümüzün bərpası, ABŞ-a isə Rusiyanın bölgədən çıxarılması lazımdır”.

Məsələnin sülh yolu ilə həllinin artıq Rusiyanın bu bölgədən uzaqlaşması ilə nəticələnə biləcəyini vurğulayan ekspert əlavə edib ki, Rusiyanın nə Ermənistandakı hərbi bazasına, nədə ki, Qarabağdakı sülhməramlılarına ehtiyac qalmayacaq:

“Burada əsas diqqət çəkən məqam, Rusiyanın Kazaryanı Bakı və Qarabağdakı ermənilər ilə dialoq tərəfdarı olmasında ittiham etməsidir. Burada sual yaranır ki, bəs siz Rusiya olaraq dialoqun tərəfdarı deyilsiz bəyəm? Bütün bunlar bir daha onu göstərir ki, Moskva Bakı ilə Xankəndi arasında təmasların və dialoqun açıq şəkildə əleyhinədir.

Moskva bucür bəyanatlarla, özünü getdikcə daha da ifşa etməkdədir. Artıq heç kəsə sir deyil ki, prosesləri əngəlləyən və daimi münaqişə vəziyyətində saxlamaq istəyən məhz Rusiyadır. Rusiya Ukraynada bütün dünya tərəfindən təcrid olunmağına baxmayaraq Cənubi Qafqazdakı rıçaqlarını əlindən buraxmaq istəmir. Çünki məsələnin sülh yolu ilə həlli artıq Rusiyanın bu bölgədən uzaqlaşması ilə nəticələnə bilər. Rusiyanın nə Ermənistandakı hərbi bazasına, nədə ki, Qarabağdakı sülhməramlılarına ehtiyac qalmayacaq. Rusiyanın təziq mexanizmləri, hər iki ölkəni bir-birilərinə qarşı müharibə ilə hədələmək imkanıda olmayacaq. Bu səbəbdən Rusiya separatçılar və terrorçular ilə əlbir olaraq bölgədə daim toqquşma mühitini aktiv saxlayaraq sülhə mane olmaqa çalışır.

Kamran Məmmədli: “Rusiya separatçılar və terrorçular ilə əlbir olaraq bölgədə daim toqquşma mühitini aktiv saxlayaraq sülhə mane olmaqa çalışır”.

Bu baxımdan, hesab edirəm ki bölgədə Rusiyanın əli ilə təxribatların sayı arta bilər və biz son dərəcə ehtiyatlı olmalıyıq. Bu məsələdə beynəlxalq hüququ əsas götürərək təziqlərimizi artırmalıyıq. Rusiyanın dünyadan təcrid olduğu zamanda ABŞ və Qərbi bu məsələdə tələsdirməliyik. Çünki uzun zamandan sonra ilk dəfədir ki, ABŞ ilə Azərbaycanın maraqları üst üstə düşür.

Bizə ərazi bütovlüyümüzün bərpası, ABŞ-a isə Rusiyanın bölgədən çıxarılması lazımdır. Əks halda ermənilərdə çox gözəl bilir ki, dialoq alınmazsa, Azərbaycan ordusunun antiterror əməliyyatı qaçılmaz olacaq. Biz 2020-ci ildə olduğu kimi, bir daha onlara dəmir yumruqu xatırlatmalı olasıyıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Ən çox oxunanalar