Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ YUNESKO-ya qayıtmaq qərarına gəlib...

ABŞ hakimiyyəti keçən həftə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına (YUNESKO) yenidən qoşulmaq qərarına gəldikləri barədə məlumat veriblər...

Polqion xəbər verir ki, bu barədə iyunun 11-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Axios nəşrinə bildirib.

Nəşr qeyd edir ki, ABŞ təxminən altı il əvvəl YUNESKO-ya üzvlüyünü dayandırıb. Bu qərarı Ağ Evin keçmiş rəhbəri Donald Tramp verib. O, buna səbəb kimi təşkilatın “anti-İsrail qərəzliliyini” göstərib. Az sonra İsrail YUNESKO-dan çıxmaq niyyətində olduğunu açıqlayıb.

2022-ci ilin fevralında İsrail hökuməti ABŞ-ın YUNESKO-ya qaytarılmasına etiraz etməyəcəyi barədə Dövlət Departamentini xəbərdar edib.

Bundan əvvəl 1984-cü ildə prezident Ronald Reyqanın dövründə ABŞ artıq bir dəfə YUNESKO-dan çıxıb və yenidə təşkilata üzvlüyünü bərpa edib. Çıxışa səbəb isə YUNESKO-nun “həddindən artıq siyasiləşdirilməsi” və büdcənin “məntiqsiz xərclənməsi” göstərilib. Birləşmiş Ştatlar təşkilata yalnız 2003-cü ildə prezident Corc Buşun dövründə qayıdıb.

Qeyd edək ki, YUNESKO-nun məqsədi dövlətlər və xalqlar arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməklə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etməkdir. Təşkilat 1945-ci ildən fəaliyyət göstərir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar