Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

S&P: “Azərbaycanın qaz sektoru üçün perspektivlər əlverişlidir”

“Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində Azərbaycanda təbii qaz hasilatı 2026-cı ilə qədər ümumilikdə 7% artacaq”.

“Report” “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, neftdən fərqli olaraq, Azərbaycanda qaz sektorunun perspektivləri daha əlverişlidir.

“Yeni “Şahdəniz-2” qaz yatağında hasilata 2018-ci ildə başlanılıb, qazın müvafiq olaraq Türkiyə və Avropaya nəql edildiyi iki əlaqəli boru kəməri - Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Qaz Boru Kəməri uyğun olaraq 2019 və 2020-ci illərdə istifadəyə verilib. Hesablamalarımıza görə, 2017-2022-ci illər arasında Azərbaycanın qaz hasilatı 90% artaraq 34 milyard kubmetrə çatıb. Bununla belə, hasilatdakı bu son artımla belə, biz qaz ixracının Azərbaycan iqtisadiyyatında neftlə müqayisədə nisbətən cüzi rol oynayacağını gözləyirik və bu, çətin ki, neft hasilatındakı azalmanı tam kompensasiya edə bilsin. Həmçinin qeyd edirik ki, Avropa qazının qiymətləri 2022-ci ilin II yarısında müşahidə olunan yüksək göstəricilərdən sonra əhəmiyyətli dərəcədə aşağı düşüb”, - agentlik qeyd edir.

“S&P" analitiklərinin fikrincə, Cənubi Qafqazın əsas qaz kəməri tam gücü ilə işləyir, ona görə də gələcəkdə istənilən əlavə xalis qaz ixracı, o cümlədən Avropaya ixrac boru kəməri infrastrukturunun daha da genişləndirilməsini tələb edəcək.

Azərbaycan OPEC+ ölkələri qrupunun üzvü olaraq qalır və buna görə də 2024-cü il üçün gündəlik 0,55 milyon barel xam neft hasilatı üzrə ən son kvotaya tabedir. Bununla belə, onun faktiki xam neft hasilatı (OPEC+ kvotasının tətbiq olunmadığı mayeləşdirilmiş təbii qaz istisna olmaqla) struktur hasilat məhdudiyyətləri səbəbindən indiyədək 2023-cü ildə gündəlik orta hesabla 0,52 milyon barel təşkil edib.

Poliqon.info 


Etiket: S&P


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ən çox oxunanalar