Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ordusu cəbhənin bir sıra istiqamətlərində irəliləyib

Ukrayna hərbçiləri Svatovsk rayonu (Luqansk vilayəti) istiqamətində Rusiya silahlı birləşmələrinə qarşı uğurla əks hücuma keçərək 400 metrədək irəliləməyə nail olub...

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Komandan cəbhə xəttində ukraynalı müdafiəçilərə baş çəkib, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də əks-hücum edir.

Sırskinin sözlərinə görə, Rusiya ordusu qruplaşmalarını məhbuslardan ibarət “Ştorm Z” hücum dəstələri ilə gücləndiriblər. Düşmən Maksyutovka, Novoselovskoye, Kuzemovka, Makeevka, Beloqorovka və digər ərazilərdə hücuma keçiblər.

General-polkovnik müxtəlif ərazilərdə irəliləyən ukraynalı müdafiəçilərin uğurlu işini qeyd edib.

Sırski, həmçinin 80-ci əlahiddə hava hücumu briqadasının döyüşçülərinin İvanovski meşəsi ərazisindəki ərazinin əhəmiyyətli bir hissəsini azad etdiyini söyləyib. Qeyd edilir ki, söhbət Baxmut istiqamətində meşəlik ərazidən gedir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

Türkiyəli bələdiyyə sədri Fatma Şahin: "Əminə Ərdoğanla bərabər COP-29-da iştirak edəcəyik"

Tofiq Sadıxov: "Atanın uşaqla vaxt keçirməsi təkcə ananın istirahəti üçün deyil"

Ən çox oxunanalar