Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kişinyov görüşü nə qədər səmərəli oldu? - Tərəflərin susqunluğu nədən xəbər veirir?..

Avropa İttifaqı Şurasının prezidentinin açıqlaması nikbin olsa da, elə də ətraflı deyildi...

Politoloq: “Şarl Mişelin danışığından belə anlamaq olar ki, Kişinyovda keçirilən görüşdə tərəflər arasında ciddi razılıqlarlar olmayıb, amma təfələr bu günə qədər əldə edilmiş razılıqlardan da uzaqlaşmaşmayıblar”.

Moskva görüşündə Paşinyanın təxribatlı fikirlərini bir kənara qoysaq, ümumi olaraq nəticələrdə bir irəliləmə var”.

Bu sözləri politoloq Samir Hümbətov Kişinyov görüşündən sonra Şarl Mişelin açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Kişinyovda keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin açıqlaması nikbin olsa da, elə də ətraflı deyildi və informasiya qıtlığı açıq şəkildə hiss olunurdu.

Bəs Kişinyovda baş tutan görüş nə qədər səmərəli oldu və Mişel də daxil olmaqla tərəflərin susqunluğu nədən xəbər veirir? Tərəflər Moskvadan sonra Kişinyovda sülhə daha çox yaxınlaşdılar, yoxsa uzaqlaşdılar?

Kişinyov görüşünün nəticələrini Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Kişinyovda bəzi detallar müzakirə olunsa da, ciddi qərarlar qəbul edilməyib”.

Şarl Mişelin verdiyi açıqlamadan tərəflərin hələ danışıqlar aparmasının lazım və labüd olduğu başa düşmək olduğunu vurğulayan politoloq vurğulayıb ki, əgər bu olacaqsa, yaxın müddət ərzində bəzi digər önəmli qərarların alınması mümkündür:

“Şarl Mişelin danışığından belə anlamaq olar ki, Kişinyovda keçirilən görüşdə tərəflər arasında ciddi razılıqlarlar olmayıb, amma təfələr bu günə qədər əldə edilmiş razılıqlardan da uzaqlaşmaşmayıblar. Yəni danışıqlar gedir və orada bəzi detallar müzakirə olunsa da, ciddi qərarlar qəbul edilməyib.

Bu görüşdə Fransa prezidentinin iştirak edirdi və onun əvvəl tutduğu mövqe məlum idi. Buna görə də Kişinyov görüşündən hansısa uğurlu nəticə gözləmirdim. Hər bir halda böyük ehtimalla belə olacağı düşünülürdü. Belə də oldu.

Samir Hümbətov: “İndiki məqamda hər iki tərəfin aparacağı danışıqlar önəmlidir”.

Əslində bu sammit tərəflərin ümumi fikir birliyinin formalaşması üçün təşkil edilmişdi. Buna görə də düşünmürəm ki, Kişinyovda Qarabağ məsələsinin həlli ilə bağlı çox ciddi addımlar atıla bilər. Amma ümumilikdə, danışıqların predmeti tərəflərin mövqeyinin nə dərəcədə yaxınlaşıb, yaxınlaşmamasını öyrənməkdən ibarət idi.

Moskva görüşündə Paşinyanın təxribatlı fikirlərini bir kənara qoysaq, ümumi olaraq nəticələrdə bir irəliləmə var. Yəni, danışıqlarda tərəflər bir-biri ilə sülhə doğru meyillənirlər. Düşünürəm ki, indiki məqamda hər iki tərəfin aparacağı danışıqlar önəmlidir.

Şarl Mişelin verdiyi açıqlamadan belə başa düşmək olar ki, tərəflərin hələ danışıqlar aparması lazımdır və labüddür. Əgər bu olacaqsa, yaxın müddət ərzində bəzi digər önəmli qərarların alınması mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar