Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik sözçüsü: “İnsanlar sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmırlar” - Foto

“Hidrometeoroloqlar tərəfindən verilən hava proqnozlarına, xəbərdarlıqlara, çaylardakı sel-daşqın təhlükəsi ilə bağlı əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüf ki, bəzən vətəndaşlarımız tərəfindən hava haqqında verilən xəbərdarlıqlara məhəl qoyulmur, güclü külək və sel-daşqın təhlükəsinin fərqinə varılmır”.

ETSN-in mətbuat katibi İradə İbrahimova Oxu.Az-a açıqlamasında hava şəraiti ilə bağlı əhaliyə ehtiyatlı davranmaları üçün zəruri məqamları diqqətə çatdırıb:

“Vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, hazırkı gursululuq dövrünü nəzərə alaraq hava durumu ilə bağlı məlumatlara diqqətlə yanaşsınlar, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlara ciddi əməl etsinlər. Dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalını nəzərə alaraq vətəndaşlarımızın çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olması tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın ərazilər daim təhlükəli yerlərdir. Çayların məcrasına yaxın, yaxud onun kənarlarında müvəqqəti və ya daimi yerləşməsinlər, piknik üçün bu əraziləri seçməsinlər, mal-qaranın çay məcrası istiqamətinə yönəldilməsinə yol verməsinlər”.

İ.İbrahimovanın sözlərinə görə, təəssüf ki, insanlar sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmırlar, təhlükənin ciddiliyini nəzərə almırlar, sel prosesini yaxından izləyirlər, ərazini tərk etmək əvəzinə hətta selfi çəkirlər:
“Düşünmürlər ki, bu, çox təhlükəlidir. Axın hər an istiqamətini dəyişə bilər. Bir daha bildirirəm, xəbərdarlıqlar ciddiyə alınmalı, sel-daşqın hadisəsi başlayan kimi dərhal ərazi tərk edilməlidir.

Küləkli havada uşaqlar nəzarətsiz buraxılmamalı, nəqliyyat vasitələri iri gövdəli ağacların altında saxlanılmamalıdır. Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”, - deyə qurum rəsmisi qeyd edib.

İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar