Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təcrübəli diplomat və açıq gey - Latviyanın yeni prezidenti seçildi...

Xarici İşlər Nazirliyinin rəhbəri Edqars Rinkeviç Seymin 52 deputatıının səsi ilə Latviya prezidenti olub...

Poliqon xəbərverir ki, bu barədə BBC-nin məlumatında bildirilir.

“...Demək istəyirəm ki, əgər siz arzulardan hərəkətlərə keçsəniz və şüşə tavanı yarmağa çalışsanız,cəhd edin və uğur qazanacaqsınız”, deyə Rinkeviç seçkilərdəki qələbəni şərh edib.

Rinkeviçin namizədliyi “Vəhdət” Partiyası tərəfindən irəli sürülüb. Partiya Rinkeviçin diplomatik təcrübəsinə və Qərb dəyərlərinə sadiqliyinə arxalanır.

Eyni zamanda opponentləri Rinkeviçi homoseksual olmaqda ittiham edib və prezidentliyə mamizəd də bunu danmayıb.

Edqar Rinkeviç kimdir?

Rinkeviç 13 il ölkənin Müdafiə Nazirliyində çalışıb. NATO-ya daxil olmaq üzrə danışıqlarda ölkəni məhz o təmsil edib. O, 2008-ci ildə prezident aparatının rəhbəri, 2011-ci ildə isə Xarici İşlər Nazirliyinin rəhbəri olub.

Seçkilərdə Rinkeviçə daha iki namizəd - biznesmen Uldis Pilens və hüquqşünas Elina Pinto rəqib olub. Hazırkı dövlət başçısı Egils Levits isə öz namizədliyini irəli sürməyib.

Latviyada prezident seçkiləri

Latviyada prezident parlament tərəfindən açıq səsvermə yolu ilə seçilir. Qazanmaq üçün 51 səs lazımdır. Prezidentlik müddəti 4 il, iki müddətdə maksimum 8 ildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar