Faktlarla bağlı araşdırma aparılır...
Bakıda 15 yaşlı qız itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə mayın 27-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Abbaslı Aişən Zaur qızı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində 43-cü Polis Bölməsində araşdırma aparılır.
***
Gəncədə 16 yaşlı qız itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə mayın 28-də Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Orucova Aytən Mustafa qızı yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.
Poliqon.info