Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər kütləvi şəkildə hərbi toplantılardan yayınırlar

Ermənistan Silahlı Qüvvələrində ehtiyatda olan bir sıra şəxslər 2022-ci ildə vaxtaşırı keçirilən hərbi təlimlərdə iştirakdan yayınıblar. Onlardan 45-nə ittiham irəli sürülüb...

Ermənistan KİV bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, müvafiq dəvət aldıqdan sonra bəzi şəxslər elan olunmuş təlim-məşq toplanışında iştirak etmək üçün çağırış vərəqəsini almaqdan imtina ediblər. Digər hallarda onlar çağırış vərəqəsi alıblar, lakin Ermənistan Müdafiə Nazirliyinin ərazi səfərbərlik xidmətlərinə gəlməyib, bununla da toplantıdan yayınıblar.

Həmçinin, vətəndaşlar arasında fəaliyyətlərinə görə qanunla hərbi toplantılara cəlb olunmayan müəssisə və şirkətlərə saxta şəkildə işə girənlər də olub.

2022-2023-cü illərdə hərbi təlimlərin başlanmasından indiyədək hərbi toplanışlardan yayınma halları ilə bağlı ümumilikdə 160 məlumat daxil olub, onların əsasında cinayət işi başlanıb. 45 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 24 nəfər barəsində cinayət işi ittiham aktı ilə birlikdə nəzarət edən prokurora göndərilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

İphone 16-nın hansı özəllikləri var? - Fotolar

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Ən çox oxunanalar