Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB-in İcraçı direktoru məktəblərdə baş verən kütləvi zəhərlənmələrə münasibət bildirib

"Məktəblərdə baş verən kütləvi zəhərlənmə halları ilə bağlı TƏBİB tərəfindən araşdırma aparılmır".

Bunu "Report"un sorğusuna cavab olaraq TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, TƏBİB tibbi xidməti təşkil edən və ona nəzarət edən bir qurumdur: "Bu kimi hallarla bağlı araşdırmanı müvafiq qurumlar aparır. Həmin qurumlar da hər hansı zəhərlənmə faktı aşkar olunduqdan sonra bununla bağlı açıqlama yayırlar. Yəni, TƏBİB sadəcə olaraq tabeliyində olan tibb müəssisəsinə müraciət etmiş zəhərlənmiş, yaxud digər problemlə bağlı xəstələrin müalicəsini təşkil edir".

V.Qurbanov söyləyib ki, məktəblərdə tibb işçiləri də fəaliyyət göstərir:

"Bizim Bakı şəhərindəki və regionlardakı məktəblərdə tibb işçilərimiz var. Məktəblərdə hansısa şagird və ya müəllim səhhətində narahatlıq hiss edərsə, rahat şəkildə tibb işçilərinə yaxınlaşa və tibbi xidmətdən yararlana bilərlər".

Qeyd edək ki, aprelin 6-da Bakı şəhərinin 20 nömrəli məktəb-liseyində 6 şagird qidadan zəhərlənib.

Mayın 23-də isə Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəllimi zəhərlənib. Hadisənin mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanması səbəbindən baş verdiyi ehtimal edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Ən çox oxunanalar