Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına vasitəçi Kreml niyə sərt reaksiya verdi?

Dünən Paşinyanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıması ilə bağlı verdiyi açıqlama Rusiyada birmənalı qarşılanmayıb...

Politoloq: “Ruslar daha çox Azərbaycanın Qarabağ bölgəsində özlərinin nəzarətində olan oyuncaq separatçı rejimin mövcudluğunun davam etməsi siyasətini yürüdürdülər”.

“Erməni cəmiyyəti də zamanla əsas təhlükə mənbəyinin harda olduğunu anlamağa başlayıb”.

Bu sözləri politoloq Zaur İbrahimli Paşinyanın Qarabağla dediyi sözlərin Rusiyada birmənalı qarşılanmama səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Paşinyanın keçirdiyi mətbuat konfransında Qarabağı Azərbaycan ərazisi olaraq tanıması ilə bağlı verdiyi açıqlama Rusiyada da birmənalı qarşılanmayıb. Rusiyanın təbliğat ruporları Paşinyanın bu açıqlamasını sərt şəkildə tənqid edir və onu xəyanətdə ittiham edirlər. Yəni Rusiya təbliğatçıları “ermənidən daha çox erməni olmağa” çalışırlar.

Rusiyanın Azərbaycan-Ermənistan arasında əsas vasitəçilərdən biri olduğunu nəzərə alarsaq, bu davranışları necə dəyərləndirmək olar?

Rusiyanın Qarabağ məsələsindəki məqsədlərini Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Rusiyanın bölgə ölkələrinə əvəvlki qədər təsir imkanları yoxdur və əksinə zaman keçdikdə onlara olan ehtiyacı artır”.

İrəvanın bu yanaşmasının rusların təsir imkanlarını azaltdığını, artıq iki ildən sonra Rusiyanın sülhməramlı missiyasının davam etməsinə ehtiyac qalmadığını vurğulayan politoloq Poliqon-a açıqlamasında bildirib ki, Kreml hazırda bu cür bəyanatlarla millətçi hissləri qızışdırmaqla Paşinyan komandasına daxildən təzyiq yaratmağa çalışır:

“Postmüharibə dövründə Rusiyanın öhdəlikləri 2020-ci il 10 noyabr Bəyanatı ilə müəyyənləşib. Bu Bəyantla müəyyənləşən öhdəliklərin icrasına sənədə AzərbaycanErmənistanla yanaşı imza atmış, qarant kimi çıxış edən Rusya məsuliyyət daşıyır. Bununla belə, iki ildə çoxdur ki, Moskvanın vasitəçilik səyləri ciddi nəticə vermir. Kreml Moskva və Soçi danışıqlarında kommunikasiyaların açılması, dövlətarası sərhədlərin dəqiqləşdirilməsi ilə əldə olunmuş ilkin razılaşmaların ermənilər tərəfindən yerinə yetirilməməsinə göz yumdu.

O dövr üçün əsas vasitəçi kimi təsir imkanlarından səmərli istifadə etmədi. Əksinə, Azərbaycanın Qarabağ bölgəsinin silahsızlaşdırılması və qeyri-qanuni erməni silahlı dəstələrinin burdan çıxırılması ilə əlaqədar öhdəliklərin icrasından ermənilərin yayınmasına şərait yaratdı. Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni hərbi qüvvələrin təchizatını həyata keçirdi, separatçı qüvvələri dəstəklədi. Ruslar vasitəçi kimi inamı itirdilər, 24 fevrala Mosvanın Ukraynaya işğalçı hücumu Kremlin sülh danışıqlarına konstruktiv rolunu da şübhə altına saldı.

Ruslar daha çox Azərbaycanın Qarabağ bölgəsində özlərinin nəzarətində olan oyuncaq separatçı rejimin mövcudluğunun davam etməsi siyasətini yürüdürdülər. Azərbaycanın qətiyyətli addımları, qlobal miqyasda baş verən dəyişikliklər Moskvanı yeni reallıqları qəbul etməyə məcbur etdi. Rusiyanın bölgə ölkələrinə əvəvlki qədər təsir imkanları yoxdur və əksinə zaman keçdikdə onlara olan ehtiyacı artır.

Zaur İbrahimli: “Rusiyadan bu cür çağırışlar davam edəcək, lakin ruslar əvvəlki kimi bölgədə prosesləri təkbaşına yönəldə bilmirlər və bununla hesablaşmalı olacaqlar”.

Belə bir şəraitdə sepratçılara dəstək vermək missiyasını Ermənistana həvalə etməyə çalışırdılar. Ermənistanın elə bir mövqe tutmasına çalışırdılar ki, Kreml bunu əsas götürərək sepratçılara dəstək verə bilsin. Azərbaycanın qətiyyətli addımlar, beynəlxalq birliyin rusların planının risklərini və təhdidlərini anlayaraq rəsmi Bakının strategiyasına dəstək verməsi Paşinyan iqtidarının Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasına məcbur etdi.

Ermənistanın bu yanaşması rusların təsir imkanlarını azaldır, artıq iki ildən sonra Rusiyanın sülhməramlı missiyasının davam etməsinə ehtiyac qalmır. Kreml hazırda bu cür bəyanatlarla millətçi hissləri qızışdırmaqla Paşinyan komandasına daxildən təzyiq yaratmağa çalışır. Lakin erməni cəmiyyəti də zamanla əsas təhlükə mənbəyinin harda olduğunu anlamağa başlayıb. Ən vacibi isə Azərbaycanın hərbi potensialı və aldığı beynəlxalq dəstək erməniləri sülhə məcbur edir. Rusiyadan bu cür çağırışlar davam edəcək, lakin ruslar əvvəlki kimi bölgədə prosesləri təkbaşına yönəldə bilmirlər və bununla hesablaşmalı olacaqlar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Politoloq: Azərbaycan beynəlxalq hüququn yanında olan dövlət kimi Fransaya yaxşı dərs verir...

Ən çox oxunanalar