Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Exit-poll”: Yunanıstanda parlament seçkilərində Baş nazirin partiyası lider olub

Ölkədə təxminən 9,9 milyon vətəndaş səsvermə hüququna malikdir...

Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində hazırkı Baş nazir Kiriakos Mitsotakisin “Yeni Demokratiya” partiyası liderlik edir.

Bu barədə “Report” “Ekatimerini”yə istinadən xəbər verir.

Məlumata görə, “exit-poll” əsas rəqiblə müqayisədə ikirəqəmli üstünlüyü göstərir.

Mayın 21-i yerli vaxtla saat 19:00-da Yunanıstanda seçki məntəqələri bağlanıb, səslər hesablanıb. İlkin məlumata görə, Mitsotakisin siyasi qüvvəsi “Yeni Demokratiya” təxminən 40 faiz səs toplayıb.

Yunanıstanın Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber artıq hazırkı baş naziri qələbə münasibətilə təbrik edib.

"Bu seçki Kyriakos Mitsotakis üçün böyük qələbədir. İqtisadi dönüş realdır və vətəndaşlar bunun davam etməsini istəyir. Bu uğurda əməyi olan hər kəsə, xüsusən də əziz dostum Kiriakosa afərin", - Veber sosial şəbəkə hesabında yazıb.

Əsas rəqib, keçmiş baş nazir Aleksis Tsiprasın sol müxalif SİRİZA partiyası təxminən 20% səs toplayıb.

Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə təxminən 9,9 milyon vətəndaş səsvermə hüququna malikdir. Üstəlik, 16 yaşdan etibarən səs vermək mümkündür. Bunun üçün seçki ilin vətəndaşın 17 yaşı tamam olmalıdır.

Yunanıstanda səsvermə proseduru da qeyri-adiliyi ilə fərqlənir. Belə ki, hər seçiciyə seçkilərdə iştirak edən partiya və koalisiyaların sayına uyğun 36 bülleten verilib. Başqa bülleten boş olub o, vətəndaşın partiyalardan heç birini dəstəkləmək niyyətində olmadığı halda istifadə edilir. Seçici öz seçimlərinə əsasən müvafiq seçki bülletenini (partiyasının namizədinin adı yazılmış) zərfə qoymalı və yalnız bundan sonra onu seçki qutusuna atmalıdır. Seçiciyə verilmiş bütün qalan bülletenlər isə utilizasiya edilməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar