Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin və Mərkəzi Asiya ölkələri “Sian” Bəyannaməsini imzalayıblar

Çin-Mərkəzi Asiya dövlət başçılarının sammitinin yekunu olaraq “Sian” Bəyannaməsi qəbul edilib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə mayın 19-da Çin dövlətinin sədri Si Tsinpin məlumat verib.

Sənədi Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistan imzalayıb.

Çin prezidentinin sözlərinə görə, tərəflər görüşün nəticələrinin siyahısını təsdiqləyib, həmçinin Çin və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gələcək inkişafı planını müəyyən ediblər. Qeyd edilir ki, Bəyannamənin mətni hələ dərc olunmayıb.

Bundan əlavə, Si Cinpinq növbəti sammitin 2025-ci ildə Qazaxıstanda keçiriləcəyini qeyd edib. Çin və Mərkəzi Asiya dövlətlərinin liderləri iki ildən bir bu formatda görüşlər keçirmək qərarına gəliblər.

Qeyd edək ki, Çin-Mərkəzi Asiya Sammiti mayın 18-dən 19-dək Çinin şimal-qərbindəki Şaansi əyalətinin Sian şəhərində Si Cinpinin sədrliyi ilə keçirilib. Sammitdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan Emoməli Rəhmon, Türkmənistandan Serdar Berdiməhəmmədov və Özbəkistandan Şavkat Mirziyoyev də iştirak ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar