Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhərrəm İncə ikinci turda kimi dəstəkləyəcək?

Türkiyə prezidentliyi uğrunda mübarizəni tərk edən, lakin ilkin məlumatlara görə, 200 mindən çox səs toplayan Məhərrəm İncə mümkün ikinci tur seçkilərdə kimi dəstəkləyəcəyinə hələ qərar verməyib...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti Agentliyinə namizədin qərargahındakı mənbə məlumat verib.

“Hazırda Məhərrəm İncənin dəstəkləyəcəyi namizədlə bağlı qiymətləndirmə prosesi gedir”, deyə mənbə bildirib.

“Məmləkət” Partiyasının lideri Məhərrəm İncə seçkiyə üç gün qalmış namizədliyini geri götürdüyünü açıqlayıb. İlkin məlumatlara görə, Məhərrəm İncə 0,4%-dən çox səs toplayıb - xaricdəkilər də daxil olmaqla 234 mindən çox seçici ona səs verib. Türkiyə MSK daha əvvəl Məhərrəm İncənin seçkilərdə iştirakdan imtina etməsinə baxmayaraq, onun lehinə səslərin ləğv edilməyəcəyi barədə qərar vermişdi.

Məhərrəm İncə seçkilərdə iştirakdan imtina etdikdən sonra tərəfdarlarına qalan üç namizəddən bu və ya digərinə səs vermək üçün müraciət etməyib. Son sorğulara görə, seçicilərin təxminən 2-3%-i ona səs verməyə hazır idi, lakin aprelin əvvəlində bir sıra sorğularda bu rəqəm daha yüksək olub və 8-9%-ə çatıb.

2018-ci il prezident seçkilərində Məhərrəm İncə Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olaraq 30%-dən çox səs toplasa da, 2021-ci ildə partiyadan ayrılaraq Məmləkət Partiyasını yaradıb.

İlkin məlumatlara görə, Türkiyədə bütün seçki məntəqələrində səslərin sayılmasından sonra Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, Kamal Kılıçdaroğlu 44,96, Sinan Oğan isə 5,2 səs toplayıb.

Namizədlərdən biri seçicilərin 50%-nin səsini toplayacağı təqdirdə seçkilər birinci turda başa çatacaq. Əks halda qalib mayın 28-də keçiriləcək ikinci turda müəyyənləşəcək. Seçkilərin birinci turunun yekun nəticələri mayın 19-da Türkiyənin rəsmi qəzetində dərc olunacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar