Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serbiyada maraqlı görüntü: 13 min silah dövlətə təhvil verildi - Qumbaraatanlar, tank əleyhinə raketlər...

Son həftələrdə Serbiyada silahlı hücumlar nəticəsində 17 nəfərin ölməsindən sonra lisenziyasız silahların təhvil verilməsi üçün bir aylıq amnistiya müddəti elan olunub...

Artıq indiyədək 13 min 500 silahın səlahiyyətli orqanlara təhvil verildiyi açıqlanıb.

Poliqon xəbər verir ki, paytaxt Belqraddan 50 kilometr cənubda yerləşən Smederevoda nümayiş etdirilən silahlar arasında qumbaraatanlar, avtomatik silahlar və tank əleyhinə raket qurğuları da var.

Prezident Aleksandr Vuçiç bildirib ki, təhvil verilən silahların yarısı qeyri-qanuni, digər yarısı isə lisenziyalı olsa da, vətəndaşlar onları yenə də təqdim ediblər. Vuçiç bu silahların silahlı qüvvələrdə istifadə üçün silah-sursat fabriklərinə göndəriləcəyini açıqlayıb.

“Avtomatik silahlar kimə lazımdır?”, deyə Vuçim sual edib və əlavə edib ki, iyunun 8-də amnistiya müddəti bitdikdən sonra dövlət sərt tədbirlərlə görəcək və cəzalar “çox ağır” olacaq.

Serbiya adambaşına düşən silah sayına görə Avropanın qabaqcıl ölkələrindən biridir. Ölkədəki silahların əksəriyyəti 1990-cı illərdəki müharibə zamanına aiddir və qeyri-qanuni saxlanılır. Amnistiyadan sonra qüvvəyə minəcək silah əleyhinə qaydalar silah sahibləri və atış poliqonları üçün sərt məhdudiyyətlər tətbiq edəcək.

Qeyd edək ki, Serbiyada məktəbə silahlı hücum nəticəsində 9 nəfər, magistral yolda törədilən digər hücumda isə 8 nəfər həlak olub.

Hücumlardan sonra paytaxt Belqradda on minlərlə insan daxili işlər nazirinin istefasını, zorakılığı alovlandıran və hərbi cinayətkarları dəstəkləyən televiziya proqramlarının qadağan edilməsini tələb edərək etiraz aksiyası keçirib.

Vuçiç daxili işlər nazirinin istefa tələbinə qarşı çıxır, lakin o, mayın 26-da erkən seçkilər elan edəcəyinə işarə vurur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar