Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhlükəli vəziyyətdə olduğu deyilən binanın rəhbəri Pravda.az-ı təhdid etdi: "Sizə bir gün vaxt verirəm..."

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazinin yaxınlığında 2007-ciildə tikintisi başlanıldığı bildirilən dəmir konstruksiyalı çoxmərtəbəli binanın inşası uzun müddətdir, dayandırılıb.

Pravda.az bir neçə gün öncə sosial şəbəkələrdə paylaşılan məlumatlara əsaslanaraq xəbər verib ki, dəmir konstruksiyalar uzun illər ərzində əlverişsiz hava şəraiti, yağışlar nəticəsində korroziyaya uğrayıb və vətəndaşlar sözügedən binanın, o cümlədən kranın aşma təhlükəsindən narahatdırlar.

Xəbərdə də qeyd olunduğu kimi, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə mayın 9-da sorğu göndərilsə də, hələ də heç bir mövqe bildirilməyib.

Fövqəladə Hallar Nazirliyindən isə mövqe bildirəcəyi barədə məlumat verilib.

Bu gün özünü həmin binanı tikən şirkətin sahibi kimi qələmə verən şəxs Pravda.az-ın redaksiyasına zəng edib, saytımızı şirkətin işinə ziyan vurmaqda ittiham edib, tikinti işlərinin hazırda davam etdiyini iddia edib. "Sizə bir gün vaxt verirəm, xəbəri saytdan silməsəniz, məhkəməyə müraciət edəcəyəm və digər addımlar atacağam" deyərək hədələyib.

Eyni zamanda onun "həmin ərazidə yaşayan var ki? yazmısınız, "sakinlər təhlükədədir" sözlərindən də aydın olub ki, saytımızda yayımlanan xəbəri diqqətlə oxumayıb.

Sözügedən xəbərdə "sakinlər" yox, "vətəndaşlar" ifadəsi işlədilib. "Vətəndaşlar" ifadəsi isə tikintisi uzun illərdir, heç kimə bəlli olmayan səbəblərdən yarımçıq saxlanılan binanın "sakinləri"nə aid deyil. Təbii ki, hər hansı ərazidə təhlükəli obyekt varsa, bu, həmin obyektin əhatəsindəki məktəb, iaşə obyektləri, iş yerləri, piyadalar və s. üçün təhlükə yaradır.

Saytımızı təhdid edən şəxs nə "sahiblik" etdiyi şirkət barədə məlumat verməyib, nə də tikintinin hansı səbəbdən dayandırılmasına heç bir aydınlıq gətirməyib.

O deyib ki, "məlumatı gəlib ərazidəki mühafizəçi ilə dəqiqləşdirmək lazım idi".

Bir daha vurğulamaq istəyirik ki, mələsəni dəqiqələşdirmək üçün aidiyyəti strukturlara sorğu verilib.

Tikinti şirkətinin sahibi olduğunu iddia edən şəxsə mələsəyə aydınlıq gətirməyi, mövqe bildirməyi təklif etsək də, o, uca səslə "sizinlə bağlı tədbir görəcəyəm" deyərək dəstəyi asıb.

Mövzunu davam etdirəcəyik.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Messinin yaşıl meydanlara hələ də qayıtmamasının səbəbi bəlli oldu

Ən çox oxunanalar