Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni darmadağın edərək çempionluğa yaxınlaşıb - Yenilənib

Azərbaycan Premyer Liqasının XXXIII turunda üz-üzə gələcək "Qarabağ" və "Qəbələ"nin start heyətləri açıqlanıb...

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

"Report"un məlumatına görə, bağlanış oyununda "Qrabağ" "Qəbələ"ni qəbul edib. "Azersun Arena"da keçirilən görüşdə meydan sahibləri böyükhesablı qələbə qazanıblar - 3:0.

Matçda ilk qolu 43-cü dəqiqədə Elvin Cəfərquliyev vurub. 75-ci dəqiqədə Abdullah Zubir fərqi 2 topa çatdırıb. Son nöqtəni isə 84-cü dəqiqədə Ramil Şeydayev qoyub.

Bu qələbə ilə xallarını 84-ə çatdıran Ağdam təmsilçisi zirvədəki yerini qoruyub və çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi "Sabah"ı 7 xal qabaqlayan "köhlən atlar" növbəti oyunda "Səbail"ə qalib gələcəyi halda sona 2 tur qalmış qızıl medalları təmin edəcək. 48 xalı olan "Qəbələ" isə 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" Qəbələdə "Kəpəz"i, "Zirə" "Şamaxı"nı 3:0, "Turan Tovuz" evdə "Neftçi"ni 4:0, "Səbail" isə Sumqayıtda eyniadlı komandanı 3:1 hesabı ilə məğlub edib.

***

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev 19. Filip Ozobiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 44. Elvin Cəfərquliyev 29. Marko Veşoviç 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 6. Julio Romao 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 89. Amin Ramazanov 20. Riçard Almeyda 5. Maksim Medvedev 2. Qara Qarayev 4. Rahil Məmmədov 13. Bəhlul Mustafazadə 18. İsmayıl İbrahimli 27. Toral Bayramov 9. Musa Qurbanlı 90. Nəriman Axundzadə 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

"Qəbələ": 13. Kristof Atanqana 2. İlkin Qırtımov 27. Məqsəd İsayev 7. Rövlan Muradov 77. Emil Səfərov 91. Ramon Maçado 4. Ruan Renato (k) 5. İsnik Alimi 23. Rafael Utziq 97. Felipe Santos 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 36. Elməddin Sultanov 11. Asif Məmmədov 34. Urfan Abbasov 28. Murad Musayev 14. Ülvi İsgəndərov 33. Hüseyn Mürsəlov 16. Nicat Əliyev 9. Əyyub Allaş 17. Yaovi Akakpo 10. Omar Hani 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Ən çox oxunanalar