Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Marafonu 2023”ün qadınlar arasında qalibi: “Yoldaşıma görə narahat idim”

Mənim üçün qadınlar arasında güclü rəqib yox idi...

Bakı Marafonu 2023”də göstərdiyim nəticədən çox razıyam.

Bunu Trend-ə “Bakı Marafonu 2023”ün qadınlar arasında qalibi, Ukraynadan olan idmançı Natalya Simonoviç deyib.

Bakı Marafonu” çox sürətlidir və külək olmasaydı, daha da sürətlə qaçardım. Nəticəmdən çox razıyam, hər şey qaydasında getdi. Mənim üçün qadınlar arasında güclü rəqib yox idi.

Yoldaşım da bu gün “Bakı Marafonunda” iştirak etdi, bir az ondan narahat oldum. Uzaqdan gördüm ki, güclü rəqiblə qaçır, ona görə də finişə qədər gücü çatacaqmı deyə narahat oldum. Çox sevindim ki, o da marafonu sürətlə qaçdı və qalib gəldi”, - deyə o bildirib.

Xatırladaq ki, kişilər arasında birinci yeri Boqdan Simonoviç tutub.

N.Simonoviç əlavə edib ki, “Bakı Marafonu”nda ilk dəfədir ki, iştirak edir, lakin sonuncu dəfə olmayacağına ümid edir.

“Ola bilsin ki, “Bakı Marafonu” üçün Azərbaycana bir neçə dəfə də gələcəyəm. Deyim ki, Bakı çox gözəl şəhərdir, onun görməli yerlərini daha yaxından tanımaq istərdim. Ümid edirəm ki, bu axşam şəhəri gəzəcəm”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonu keçirilib.

Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçən yarımarafon 21 kilometr məsafəni əhatə edib.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar