Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə “Heydər Əliyev Azərbaycanın Yaradıcısıdır” mövzusunda dəyirmi masa  keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər Regional Qaz İstismar İdarəsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanın Yaradıcısıdır” mövzusunda “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və Tərtər Regional Qaz İstismarı İdarəsinin kollektivi iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri düzüblər. Tədbir iştirakçıları Heydər Əliyev mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab sərgisinə baxıblar. “Dəyirmi masa” ətrafinda davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən danışıb. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan əvəzssiz xidmətlərindən söhbət açıb.

“Dəyirmi masa”da iştirak edən YAP rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Azay Muxtarov, hüquq şöbəsinin müdiri Kamran Əhmədov, baş mühasib Yaşar Məhərrəmov və texnik Rəqibə Sarıyeva çıxış edərək Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildiyindən, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadiminin tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutduğundan, çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində zəmanəmizin əbədiyaşar dahisinə çevrildiyindən danışıblar.

Poliqon.info

Fotolar




Etiket: Tərtər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar