Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova Vaşinqtondakı Azərbaycan-Ermənistan danışıqlarına şərh verməkdən imtina etdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın XİN başçılarının Vaşinqtondakı görüşünü şərh etməyib. O, bunu tərəflərin bəyanatlarından sonra edəcəyini qeyd edib...

Poliqon “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Zaxarova Vaşinqtonda danışıqların Rusiyanın iştirakı olmadan getdiyini, ona görə də iştirakçılardan proses barədə soruşmaq lazım olduğunu bildirib.

“Yəqin ki, görüşdən sonra bəyanatlar verildikdə və tərəflər çıxış etdikdə rəy formalaşdırmaq mümkün olacaq. Ola bilsin ki, bu, bizə şərh vermək üçün imkan yaradacaq. Amma indi danışmaq tezdir”, deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

ErmənistanAzərbaycan XİN rəhbərlərinin Moskva görüşünün perspektivlərinə gəlincə, Zaxarova bu barədə əvvəllər də danışdığını xatırladıb: “İrəvan və Bakı bu görüşə hazır olduqlarını təsdiqləyiblər. Tarix daha sonra açıqlanacaq”, deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə ayrı-ayrılıqda görüşüb, sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. ErmənistanAzərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gün davam edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar