Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərlə qohumluğu olan Lentsovun Qarabağa gətirilməsi nədən xəbər verir?

Bəzi məlumatlara görə, Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovun həyat yoldaşı erməni əsillidir...

Siyasi-şərhçi: “Qarabağda Rusiya sülhməramlılarının komandanının indiki məqamda dəyişdirilməsi siyasi baxımdan bir başqa məna da kəsb edə bilər”.

“Lentsovun həyat yoldaşının erməni əsilli olması iddiasına, fikrimcə bu da xüsusi əhəmiyyət daşıyır. Moskvanın bu addımı son hadisələrdən narazı qalan erməniləri sakitləşdirmək məqsədidə daşıya bilər”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Qarabağda Rusiya sülhməramlılarının komandanının dəyişdirilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Qarabağda Rusiya sülhməramlılarının komandanı dəyişilib. Bu dəyişikliyi necə dəyərləndirmək olar? Lentsovun bölgəyə gətirilməsi ilə sülhməramlıların fəaliyyətində hansısa dəyişikliyə səbəb ola bilərmi? Digər tərəfdən, bəzi məlumatlara görə yeni komandanın həyat yoldaşı erməni əsillidir. Moskvanın həyat yoldaşı erməni olan bir generalın Qarabağda Rusiya sülhməramlılarının komandanı təyin etməsi nədən xəbər verir?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədlinin fikirlərini öyrənib.

Kamran Məmmədli: “Bundan öncəki komandan Volkovun artıq bölgədə nüfuzu azalmışdı və onun dövründə ordumuz xeyli uğurlar əldə etmişdi”.

Azərbaycan bu məsələdə haqlı addımlarını davam etdirməli olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, sülhməramlı komandanın kim olmasından aslı olmayaraq, eyni strateji xətt üzərində addımlamalıdır:

Rusiya prezidenti Vladimir Putinin fərmanına əsasən, sülhməramlıların bölgədə əvəzlənməsi ildə ən azı iki dəfə baş verməlidir. Bu baxımdan yeni komandanın təyin olunması normal bir hərbi prosesdir. Bundan öncə necə Muradov, Volkov təyin olunmuşdur indidə Lenstov təyin olunub. Ancaq Qarabağda Rusiya sülhməramlılarının komandanının indiki məqamda dəyişdirilməsi siyasi baxımdan bir başqa məna da kəsb edə bilər.

Bundan öncəki komandan Volkovun artıq bölgədə nüfuzu azalmışdı və onun dövründə ordumuz xeyli uğurlar əldə etmişdi. Son olaraq yeni Laçın yolunda sərhəd buraxlış məntəqələrinin, postlarımızın qurulması rusların ciddi narahat olmalarına səbəb olmuşdu.

Lentsov həm Rusiya müdafiə naziri Sergey Şoyqunun müşaviri, həm də Əfqanıstan, Çeçenistan və Suriya müharibələrində iştirak edərək döyüş təcrübəsi əldə edən bir generaldır. İndiki məqamda bu dəyişiklik, sülhməramlılar üçün yeni nəfəsdir.

Kamran Məmmədli: “Son hadisələr bir daha onu göstərdiki, Azərbaycan haqlı olaraq Xankəndində, Laçın yolunda postlarını qurduqda rusların buna verəcəyi yeganə cavab öz komandanlarını dəyişmək olacaq”.

O ki, qaldı, Lentsovun həyat yoldaşının erməni əsilli olması iddiasına, fikrimcə bu da xüsusi əhəmiyyət daşıyır. Moskvanın bu addımı son hadisələrdən narazı qalan erməniləri sakitləşdirmək məqsədidə daşıya bilər. Yəni, Moskva ermənilər deyir ki, narahat olmayın. Böyük ehtimalla yeni komandan ilə Moskvadan ermənilərə "hər şey daha yaxşı olacaq" mesajını vermək istəyirlər. Ancaq hər bir halda, nə rusların, nə də ermənilərin haqlı tərəf olan Azərbaycana hüquqi baxımdan heç bir maneəçilik törətmək şansı yoxdur.

Azərbaycan bu məsələdə haqlı addımlarını davam etdirməlidir. Sülhməramlı komandanın kim olmasından aslı olmayaraq, eyni strateji xətt üzərində addımlamalıdır. Son hadisələr bir daha onu göstərdiki , Azərbaycan haqlı və hüquqi addımlarını atdıqda həm sülhməramlılar ,həmdə ermənilər buna boyun əyməyə məcburdular. Son hadisələr bir daha onu göstərdiki, Azərbaycan haqlı olaraq Xankəndində, Laçın yolunda postlarını qurduqda rusların buna verəcəyi yeganə cavab öz komandanlarını dəyişmək olacaq.

Ümid edirik ki , yaxın zamanda bizim uğurlarımız və rusların bu dəyişiklikləri artacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar