BMW-nin Rusiyadakı törəmə şirkəti sürücünün təhlükəsizlik yastığında yarana biləcək problemlərə görə ölkədəki 4736 avtomobili geri çağırır...
Poliqon xəbər verir ki, bu barədə “Rosstandart”ın mətbuat xidməti məlumat yayıb.
Geri çağırılma brendin 2015-ci ilin yanvarından 2016-cı ilin yanvarına qədər buraxılmış bəzi modellərinə təsir edəcək. Xüsusilə, BMW 1 (F20 seriyası), M2 COUPE (F87 seriyası), M4 Coupe (F82 seriyası), X5 M (F85 seriyası), X6 (F16 seriyası) və digərləri geri çağırılacaq.
İdarədən bildirilib ki, siyahıya daxil olan avtomobillərdə uzun illər köhnəlməsi nəticəsində sürücünün təhlükəsizlik yastığı sıradan çıxa bilər. Hava yastığı açıldıqda qaz generatoru partlaya və onun metal hissələri sürücünün zədələnməsinə səbəb ola bilər.
Bütün avtomobillərdə təhlükəsizlik yastıqları dəyişdiriləcək. Şirkət geri çağırılan maşınların sahibləri ilə telefonla və ya məktublar göndərməklə əlaqə saxlayacaq. Avtomobil sahibləri maşınların geri çağırıldığını özləri də öyrənə bilərlər. Bunun üçün avtomobilin VIN kodunu şöbənin əlavə etdiyi siyahı ilə müqayisə etməli və ya “Rosstandart” saytında interaktiv axtarışdan istifadə olunmalıdır.
Alman avtomobil istehsalçısı BMW 2022-ci ilin martında Ukraynada hərbi əməliyyatların başlanması fonunda Rusiya bazarını tərk edib. Şirkət artıq ölkədə avtomobil istehsal etmir və yerli bazara avtomobil vermir.
Poliqon.info