Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə dağıntılar altından çıxarılan 1800-dən çox uşağın ailəsi tapıldı - Foto

“Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra dağıntılar altından çıxarılan və qəyyumu olmayan 1914 uşaq qeydiyyata alınıb. Yoxlamalardan sonra 1808 uşaq ailələrinə təhvil verilib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi özünün “Twitter” hesabında xəbər verib.

Bildirilir ki, 71 uşaq dövlət qayğısına götürülüb, onlardan 16-nın şəxsiyyəti hələ də müəyyən edilməyib. Bundan başqa 26 uşaq xəstəxanalarda müalicə alır.

Nazirlikdən o da bildirilib ki, doqquz uşaq xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Dağıdıcı zəlzələlərdə 7,3 min nəfəri əcnəbi olmaqla ümumilikdə 50,8 min nəfər həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar