Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Dövlət Dumasının ən varlı deputatlarından biri ölüb

Bortsov Lipetsk vilayətinin Lebedyanski şəhərindəki evində dünyasını dəyişib...

Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. Bu barədə Lipetsk vilayətinin rəhbəri İqor Artamonov məlumat verib.

Nikolay Bortsov 2003-cü ildən Dövlət Dumasının deputatı olub və Rusiya parlamentinin beş çağırışında işləyib. O, Dumanın etnik xalqlar komitəsinin üzvü idi.

“Forbes”in versiyasına görə millət vəkili ən zəngin rusiyalılar siyahısına daxil edilib. 2021-ci ildə jurnal onun sərvətini 550 milyon dollar qiymətləndirib. Bortsovun əsas kapitalını onun və tərəfdaşlarının Lebedyanski şirə zavodundakı (“Ya”, “Fruktovy Sad” markaları) 75,5%-lik payını “PepsiCo”ya satdıqdan sonra əldə edilən vəsait təşkil edir.

2021-ci ildə “Forbes” Bortsovu ən yüksək gəlirli 100 dövlət işçisi sırasına daxil edib.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi səbəbindən Nikolay Bortsov ABŞ və digər Qərb ölkələrinin sanksiyaları altına düşüb. Ukraynada Bortsov tanınmamış DXR və LXR-in müstəqilliyini tanıdığına görə qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilib.

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Nikolay Bortsovun seçildiyi birmandatlı seçki dairəsi üzrə Dumaya əlavə seçkilər sentyabr ayında keçiriləcək. (oxu.az)

Mənbə: meduza.io

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar