Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində sakinlərlə növbəti səyyar görüş keçirilib - Fotolar

Şirvan şəhəri 21 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş keçirilib...

Təsdiq olunmuş qrafikə uyğun olaraq, 20 aprel 2023-cü il tarixdə Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə keçirilən növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Poliqon.info xəbər verir ki, səyyar görüşdən öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, ölkəmizin iqtisadi, siyasi, beynəlxalq aləmdəki qüdrətindən söz açıb. Dövlətimizin möhkəmlənməsində və inkişafında misilsiz xidmətləri olan Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısının 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinin əhəmiyyətindən danışıb. Ulu öndərin işıqlı ideyalarının gerçəkləşdiyini, inkişafın bütün sahələrində onun imzasının əks olunduğunu qeyd edib. Son 30 illik dövrün zirvəsində Müzəffər Ali Baş Komandanın Dəmir yumruğunda birləşən Şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə nəticələnən 44 günlük Zəfər yürüşünün dayandığını vurğulayıb. Xüsusilə Vətən müharibəsinin dünyanın pandemiya ilə çətin mübarizəsi dövrünə təsadüf etməsinin və Qələbə ilə nəticələnməsinin daha çox qürur hissi yaratdığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında respublikanın digər şəhərləri ilə bərabər Şirvan şəhərində də küçə və prospektlərin işıqlandırılması işlərinin uğurla davam etdirildiyini bildirərək yeni işıqlandırma sistemlərinin quraşdırılması nəticəsində şəhərin gecələr də gözoxşayan görünüşü, işıqlı olmasının şəhər sakinlərində qürur hissi yartdığını və minnətdarlıqla qarşılandığını qeyd edib. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, yaralıların dünyanın ən müasir tibb müəssisələrində müalicə olunduğunu, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayının xalqımızın mənəvi dünyasında xüsusi yer tutduğunu bildirərək, Ramazan bayramı münasibətilə görüş iştirakçılarını təbrik edərək, cansağlığı, xoşbəxtlik, süfrələrə bol ruzi və xeyirli-bərəkətli günlər arzulayıb.
Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, Şirvan sakinlərini narahat edən məsələlərlə mütəmadi maraqlandığını, bir çoxunun Milli Məclisin iclaslarında qaldırıldığını və həlli ilə bağlı müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Millət vəkili seçiçiləri ilə müntəzəm görüşdüyünü, şəhər sakinlərinin problem və qayğılarına yaxından bələd olduğunu, onların müsbət həlli üçün çalışdığını qeyd edib.

Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların müraciətləri əsasən, maddi yardım, işsizlik, qaz və işıq xəttinin çəkilməsi, səhiyyə, işıqlandırma və digər məsələlərlə bağlı olub.

Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.

Sakinlər ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa, ərazi bütövlüyümüzün təmin olunmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

Səyyar görüşdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə 44 günlük Vətən müharibəsinə həsr edilmiş əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub.

Fotolar

Poliqon.info


Etiket: İlqar Abbasov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar