Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda “Nar”ın yeni mağazası təqdim edildi - Foto

Yeni konseptli mağaza ilə yanaşı, “Nar” abunəçilərinə Muxtar Respublika ərazisində fəaliyyət göstərən ən geniş mobil şəbəkələrdən birini təqdim edir...

18 aprel tarixindən etibarən, “Nar” abunəçiləri Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən “Nar”ın yenilənmiş mağazasında üstün müştəri xidmətləri ala biləcəklər. Mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası və dublikatının çıxarılması kimi xidmətlərlə yanaşı mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.

Yeni konseptli mağaza ilə yanaşı, “Nar” abunəçilərinə Muxtar Respublika ərazisində fəaliyyət göstərən ən geniş mobil şəbəkələrdən birini təqdim edir. Naxçıvan şəhəri ilə yanaşı, Ordubad, Şahbuz, Culfa, Sədərək, BabəkKəngərli rayonlarında “Nar” abunəçiləri yüksək sürətli və kəsintisiz mobil rabitə xidmətlərindən istifadə edir.

Mobil operatorun regionlara xüsusi diqqətini vurğulayan “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib:

“Naxçıvandakı abunəçilərimizə üstün müştəri təcrübəsi təqdim etməklə yanaşı, Muxtar Respublikaya geniş həcmli investisiya edirik. “Nar” artıq Naxçıvan şəhərində və Muxtar Respublikanın rayonlarında ən geniş mobil şəbəkələrdən birinə sahibdir. Bundan başqa, faydalı sosial layihələrimizlə Naxçıvan sakinlərinə dəstək olmaqdayıq. Buradakı fəaliyyətimizlə bağlı aldığımız xoş rəylər bizi çox sevindirir və bizi müştərilərimizə daha da yüksək xidmət göstərməyə sövq edir”.
Müştərilərə ən üstün xidmət strategiyasına uyğun olaraq, “Nar” ilin sonuna kimi ölkə boyunca 17 mağazasını tamamilə yeniləməyi və ziyarətçilərə daha da yüksək xidmət göstərməyi planlaşdırıb. “Nar” mağazalarının ünvanı və xidmətlər haqqında ətraflı məlumatı nar.az/map səhifəsindən öyrənmək olar.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Poliqon.info


Etiket: Naxçıvan Nar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Baş prokurordan beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı tapşırıq

Ən çox oxunanalar