Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Ermənistan Üçtərəfli Bəyanatın qüvvəsini itirməsi üçün nə etmək lazım olduğunu yaxşı bilir...

10 noyabr bəyanatında göstərilənlə bir çox məqamlar aktuallığını itirib...

Siyasi-şərhçi: “Hal-hazırda Üçtərəfli Bəyanatın qüvvədən düşməsi ilə bağlı söhbətləri yersiz hesab edirəm”.

AzərbaycanErmənistan Zəngəzur dəhlizini ikitərəfli qaydada danışıb razılaşsalar da, Ermənistanın işğalçılıq faktının təsdiqi hələ də qalmaqdadır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Üçtərəfli Bəyanatın qüvvədən düşməsi iddialarını Poliqon-a şərh edərkən qeyd edib.

AzərbaycanErmənistan arasında 44 günlük müharibədən sonra yaranmış situasiya və münasibətlərin formalaşması üçün əsas sənəd 10 noyabr Bəyanatı idi. Lakin keçən müddətdə bir çox vəziyyət dəyişib və bu bəyanatda göstərilənlə bir çox məqamlar aktuallığını itirib. Hətta sərhədin delimitasiyası elə Rusiyanın iştirakı olmadan həyata keçirilir. Digər tərəfdən isə Rusiya sülhmərəmlıları da artıq Azərbaycanı tərk edib.

Bu durumda Üçtərəfli Bəyanatı qüvvədən düşmüş hesab etmək olarmı? O zaman “Zəngəzur dəhlizi”nin taleyi neə olacaq? Azərbaycan Ermənistanla “Zəngəzur dəhlizi” ilə bağlı ikitərəfli razılaşma əldə edə bilərmi?

AzərbaycanErmənistan arasında olan son prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “Əgər Ermənistan Üçtərəfli Bəyanatın tam olaraq qüvvədən düşməsini və Azərbaycanın bunu dəstəkləməsini istəyirsə, bu zaman işğalçılıq siyasətini təsdiq edən bir qərar yaxud da hər hansısa bir addım atmalıdır”.

Rusiya sülhməramlıları vaxtından əvvəl Azərbaycanı tərk etdiyini xatırladan ekspert Poliqon-a bildirib ki, buna görə Üçtərəfli Bəyanatın bu bəndi artıq Azərbaycan üçün sıfırlanıb:

“Üçtərəfli Bəyanat Azərbaycan üçün üç məsələyə görə vacibdir.

Birincisi, Bəyanat Ermənistan Respublikasının işğalçılıq siyasətinin təsdiqidir və bunu Ermənistan baş nazirinin imzası sübut edir.

İkincisi, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasını müddətli edən və reqlamentləşdirən sənəddir.

Üçüncüsü, “Zəngəzur dəhlizi” vasitəsilə nəqliyyat kommunikasiya yolu ilə Azərbaycandan Naxçıvana maneəsiz keçidin təmin edilməsidir.

Bu məqamlardan biri həll olunub. Rusiya sülhməramlıları vaxtından əvvəl çıxıb və buna görə

Üçtərəfli Bəyanatın bu bəndi artıq Azərbaycan üçün sıfırlanıb. Lakin Ermənistanın işğalçı olduğunu təsdiq edən rəsmi sənəd və “Zəngəzur dəhlizi” ilə bağlı məqam kimi bəyanat Azərbaycan üçün aktual olaraq qalır.

Fərhad Məmmədov: “Ermənistanın işğalçı olduğunu təsdiq edən rəsmi sənəd və “Zəngəzur dəhlizi” ilə bağlı məqam kimi bəyanat Azərbaycan üçün aktual olaraq qalır”.

AzərbaycanErmənistan “Zəngəzur dəhlizi”ni ikitərəfli qaydada danışıb razılaşsalar da, Ermənistanın işğalçılıq faktının təsdiqi hələ də qalmaqdadır. Əgər Ermənistan Üçtərəfli Bəyanatın tam olaraq qüvvədən düşməsini və Azərbaycanın bunu dəstəkləməsini istəyirsə, bu zaman işğalçılıq siyasətini təsdiq edən bir qərar yaxud da hər hansısa bir addım atmalıdır. Bu addım da reperasiya ola bilər. Yəni reperasiya artıq işğalçılıq faktının təsdiqidir.

Buna görə də hal-hazırda Üçtərəfli Bəyanatın qüvvədən düşməsi ilə bağlı söhbətləri yersiz hesab edirəm. Eyni zamanda Ermənistan Üçtərəfli Bəyanatın qüvvəsini itirməsi üçün nə etmək lazım olduğunu çox yaxşı bilir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar