Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Benyamin Netanyahu geri çəkildi: “Tarazlıq yaratmağa çalışırıq”

İsrail tarixinin ən ifrat sağçı hökuməti ötən ay Baş nazirin vəzifədən uzaqlaşdırılmasını çətinləşdirən qətnamə qəbul edib...

İsraildə küçə aksiyaları və siyasi xaos ehtimalına görə mübahisəli məhkəmə islahatları prosesini dayandırmağa qərar verən Baş nazir Benyamin Netanyahu ABŞ-ın NBC kanalında yayımlanan “Meet the Press” proqramında “yumşalma” mesajı verib.

Poliqon Türkiyənin Hürriyet qəzetinə istinadən xəbər verir ki, məhkəmə islahatlarının dayandırıldığını deyən Netanyahu hökumətin fasilə verdiyini və qarşı düşərgələr arasında tarazlıq yaratmağa çalışdığını qeyd edib.

“Cəmiyyətimizin hər iki tərəfində əks fikirlər var” deyən Netanyahu İsrail ictimaiyyətinin iki yerə parçalandığını etiraf edib. Həmçinin müzakirələrin sonunda ortaq məxrəcə gələcəklərinə inandığını bildirib.

İsrail tarixinin ən ifrat sağçı hökuməti ötən ay Baş nazirin vəzifədən uzaqlaşdırılmasını çətinləşdirən qətnamə qəbul edib, həmçinin Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdırmağa başlayıb. Lakin etirazların ölkədə vətəndaş müharibəsinə səbəb ola biləcəyi iddiaları və ABŞ-ın təzyiqləri səbəbindən proses dayandırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar