Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Əmrullayev: "Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var"

Ali təhsilin daha əlçatan olması məhz keyfiyyət göstəricilərinə uyğun olaraq yeni maliyyələşmə mexanizminə əsaslanır...

"Son illər təhsildə keyfiyyət mədəniyyətinə keçid əsas hədəflərdən biridir. Ali təhsil sistemi ilə bağlı bir neçə prioritetimiz var. Universitetlərin reytinq siyahılarında irəliləməsi əsas hədəflərdəndir".

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Keyfiyyət Təminatı Agentliklərinin fəaliyyətlərinin Avropa Ali Təhsil məkanında Keyfiyyət üzrə Standart və Təlimatlara" həsr olunan kollegial məşvərət iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, reytinq önəmli olsa da, heç də həmişə əsas olmur: "Başa düşməliyik ki, reytinqlərin formalaşması bir neçə məqamdan asılıdır. Əlimizdə olan statistikaya baxanda 2026-cı ilə qədər bu yolu getmək çağırışlı görünür. Bu da öz növbəsində ali təhsil müəssisələrində proses dəyişikliklərinə gətirib çıxarmalıdır.

Ali təhsilin daha əlçatan olması məhz keyfiyyət göstəricilərinə uyğun olaraq yeni maliyyələşmə mexanizminə əsaslanır. Ali təhsil islahatları istiqamətində gedəcəyimiz yolda universitetlərə muxtariyyət verilməsi artacaq".

E.Əmrullayev əlavə edib ki, həm Azərbaycanda, həm də Avropada keyfiyyət təminatı sahəsində fərqli yanaşmalar var: "Eyni olmasa da, uyğunlaşdırılmış model tədbiqi ölkəmizdə də həyata keçiriləcək".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay