Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan və İran Türkiyə-Azərbaycan ittifaqına qarşı birləşir?

Tehran və İrəvan arasında hərbi ittifaqa ehtimal vermək olarmı və bu birləşmə bizə hər hansısa bir təhdid vəd edirmi?.

Politoloq: “Vanetsyanın İran mətbuatına verdiyi açıqlama sadəcə olaraq sayıqlamadan başqa bir şey deyil. Onun fikirlərinin reallıqlarla heç bir əlaqəsi yoxdur”.

“Əslində təəssüf edici hal ondan ibarətdir ki, İran kütləvi informasiya vasitələri Ermənistanda heç bir nüfuzu olmayan Artur Vanetsyan və onun timsalında adamları Azərbaycan və Türkiyə əleyhinə danışdırmaqla nə qədər aciz olduğunu növbəti dəfə ortaya qoyur”.

Bu sözləri siyasi-şərhçi Tural İsmayılov Ermənistanın müxalifət partiyasının lideri Artur Vanetsyanın Ermənistanİranın Türkiyə-Azərbaycan ittifaqına qarşı birləşməsi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın müxalifət partiyasının lideri Artur Vanetsyan bildirilib ki, Ermənistanİran Türkiyə-Azərbaycan ittifaqına qarşı birləşə bilər. Bəs İranErmənistanın Azərbaycan və Türkiyəyə qarşı birləşməs dedikdə nə nəzərdə tutulur? Belə bir hərbi ittifaqa ehtimal vermək olar və bu birləşmə bizə hər hansısa bir təhdid vəd edirmi?

İran-Ermənistanın növbəti birlik addımını Poliqon-un əməkdaşı siyasi-şərhçi Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “İstənilən halda İran-Ermənistan “müvəffiqliyi” Azərbaycan-Türkiyəyə təhdid elementi formalaşdırır”.

İran daxilində yaşayan milyonlarla azərbaycanlıların da bu məsələyə ciddi etiraz etmək ehtimalının olduğunu xayırladan ekspert İranla Ermənistan arasında indi hansısa hərbi birliyin yaranacağını düşünmədiyini vurğulayıb:

“Bu gün Artur Vanetsyan Ermənistanda heç bir nüfuzu olmayan siyasətçi olmağına rəğmən özünü ciddi xalq dəstəyi olan siyasi xadim kimi göstərməyə çalışır. Əslində isə, Ermənistan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Artur Vanetsyana xalq növbədənkənar parlament seçkilərində öz layiq olduğu yeri göstərdi. O çox az faizdə səs toplayaraq Ermənistan cəmiyyətində heç bir nüfuza malik olmadığını göstərdi.

Əslində təəssüf edici hal ondan ibarətdir ki, İran kütləvi informasiya vasitələri Ermənistanda heç bir nüfuzu olmayan Artur Vanetsyan və onun timsalında adamları Azərbaycan və Türkiyə əleyhinə danışdırmaqla nə qədər aciz olduğunu növbəti dəfə ortaya qoyur. Vanetsyanın İran mətbuatına verdiyi açıqlama sadəcə olaraq sayıqlamadan başqa bir şey deyil. Onun fikirlərinin reallıqlarla heç bir əlaqəsi yoxdur. Çünki onsuz da bu gün bir çox sahələrdə İran Azərbaycan və Türkiyəyə qarşı Fransa kimi Ermənistan faktorundan istifadə etməyə çalışır.

Tural İsmayılov: “Belə bir dövrdə İranın Ermənistanla açıq hərbi ittifaqa girməsi Azərbaycanla bütün körpülərin yandırılması deməkdir”.

Bu gün İrandakı özünü islami rejim adlandıran qüvvələrin Ermənistandakı Sorosçularla, həmçinin Artur Vanetsyan kimi Soros qalıqları ilə əlaqələr qurması İranın ikiüzlülüyünü növbəti dəfə ortaya qoyur. Lakin hazırda Azərbaycan 3+3 platforması da daxil olmaqla bir çox platformalar üzrə müzakirələri davam etdirilər. Eyni zamanda Xarici İşlər nazirlərinin də sonuncu telefon danışığı zamanı İranın münasibətləri yaxşılığa doğru cəhd etməsi üçün mesajlar verilib.

Belə bir dövrdə İranın Ermənistanla açıq hərbi ittifaqa girməsi Azərbaycanla bütün körpülərin yandırılması deməkdir. Həmçinin İran daxilində yaşayan milyonlarla azərbaycanlıların da bu məsələyə ciddi etiraz etmək ehtimalı var. İranla Ermənistan arasında indi hansısa hərbi birliyin yaranacağını düşünmürəm. Amma istənilən halda İran-Ermənistan “müvəffiqliyi” Azərbaycan-Türkiyəyə təhdid elementi formalaşdırır. Bu gün sərhədlərin dəyişdirilməsindən, qırmızı cizgilərdən moaziyə oxuyan İran əslində, Ermənistanla birləşərək Azərbaycan əleyhinə fəaliyyət göstərir. Bu da əsla qəbul edilən bir hal deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - Video

Ucqar dağ kəndinin doqquz məzunundan səkkizi tələbə adını qazanıb

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Ən çox oxunanalar