Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Casusların ifşası ilə bağlı yeni gəlişmə – İran bu silaha əl atır   

Azərbaycanda İranın casus şəbəkələrinə qarşı əməliyyatlar davam edir. Bu əməliyyatlarda saxlanılanların demək olar hamısı şiə məzhəbinə məxsus olduğundan prosesi şiələrə qarşı təqdim etmək istəyənlər olur. Aydındır ki, bu təbliğatın arxasında da İranın bəlli dairələri dayanır.

 

Əslində isə bunun belə olmadığı ictimaiyyətə yaxşı bəllidir. Azərbaycanda heç vaxt məzhəbçiliklə bağlı ayrı-seçklilk olmayıb. Bu gün multikulturalizm termini ilə ifadə olunan proses Azərbaycanda hər zaman yüksək səviyyədə təzahür edib. Nə dini, nə də milli məsələlərdə ölkəmizdə qarşıdurma yaşanmayıb. Azərbaycan çoxkonfensiyalı, zəngin mədəniyyətlərin olduğu ölkə kimi tanınır.

İki gün öncə Milli Məclisin vitse-spiker Adil Vəliyevin təşkilatçılığı ilə ölkəmizdə şiə məzhəbinin ən sayılıb seçilən nümayəndələrindən olan mərhum Hacı Şahin Həsənlinin xatirəsinə iftar süfrəsinin təşkil edilməsi dediklərimizə əyani sübutdur. Əhalinin əksəriyyətinin şiə inancına mənsub olduğu Azərbaycanda şiələrin dövlət səviyyəsində təqib olunmaları haqda deyilənlərin əsası yoxdur.

İşğaldan azad edilən ərazilərdə məscidlərin ermənilər tərəfindən dağıdılması, orda donuz saxlanması bütün dünyaya məlumdur. İranın islam dəyərlərinə qarşı bu vandalizmə səsini çıxarmaması isə onun gerçək mahiyyətini ortaya qoyur.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov İranın Azərbaycana qarşı bütün cəbhələrdə iftira dolu təbliğat apardığını bildirib:

Əlimusa İbrahimov

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı mübarizə həmişə olub, 30 ildən bu yana davam edir. Amma bu mübarizə müxtəlif zamanlarda ciddi, yaxud sakit şəkildə aparılırdı. Hər zaman ildə bir, yaxud iki dəfə kütləvi informasiya vasitələrindən xüsusi xidmət orqanlarımızın onlara qarşı keçirdiyi əməliyyatlar barədə məlumat almışıq. Amma son zamanlar İranla münasibətlərin gərginləşdiyi müddətdə proses daha da gücləndirilib. Artıq dövlət səviyyəsində bu casus şəbəkələrinin fəaliyyətinə bir dəfəlik son qoymaq, ən azından minimum səviyyədə azaltmaq qərara alınıb. Çünki İran Azərbaycana münasibətini düşmənçilik səviyyəsinə qaldırıb. Tehran Bakıya qarşı bütün cəbhələrdə mübarizə aparır, ölkəmizi ləkələmək və gözdən salmaq üçün əlində olan bütün imkanlardan istifadə edir. Buna bir neçə gün öncə İran parlamentində Azərbaycana qarşı bəyanatın qəbul olunmasını və bizə qarşı siyasi müstəvidə müəyyən addımlar atacaqlarına dair hədələrini nümunə göstərmək olar”.

 
Politoloq casus şəbəkəsinə qarşı əməliyyatların şiəlik əleyhinə mübarizə kimi dəyərləndirilməsi fikrinin arxasında başqa məqsədlərin olduğunu qeyd edib:

“Təəssüf ki, casus şəbəkələrinin ifşası islam dini, şiə inanclılarına qarşı mübarizə kimi qiymətləndirilir. Amma Azərbaycanın və ölkə rəhbərliyinin şiə kəsiminin incidilməsində günahlandırılması ilk dəfə deyil. Təxminən 3 ay əvvəl İranda Azərbaycan əleyhinə keçirilən tədbirlər, Böyük Britaniyada səfirliyimizə hücum edilməsi və s. guya Azərbaycanın dindarlara qarşı mübarizəsini pisləmək üçün idi. Təbii ki, İranın Azərbaycanı İslama qarşı kimi göstərməsinin də öz məqsədləri var. İranın əsas məqsədi Azərbaycanda həyata keçirdiyi düşmənçilik siyasətini pərdələmək, ölkəmizdəki dindarları dövlətə qarşı qaldırmaq, yaxud onları dövlətdən narazı salmaqdır. Hətta İran bu siyasətini milyonlarla Güney azərbaycanlıların arasında da həyata keçirir, onların arasındakı möminləri dövlətimizə qarşı qoymağa cəhd edir. İranın bu təbliğatına inananların sayı çox azdır. Bu gün Azərbaycanın yürütdüyü siyasəti dəstəkləyənlər elə məhz o ölkə üçün çalışan şəxslərdir. Onlardan başqa hər kəs İranın islam dinindən istifadə edərək insanları necə əsarətdə saxlamağa çalışmasının şahididir”.

Ə.İbrahimov İranın başqa məqsədləri haqda da danışıb:

İran Yaxın və Orta Şərqdəki ölkələri guya islam bayrağı altında birləşdirməyə çalışır. Bir yandan əhalisinin böyük əksəriyyəti siə olan Azərbaycanın torpaqlarını işğal edən, məscidləri dağıdan Ermənistanla dost-müttəfiqdir. Bəs harda qaldı islam, müsəlman təəssübkeşliyi?!

Ölkəmizdə müxtəlif dinin nümayəndələri yaşayır və onların hər biri heç bir ayrı-seçkiliyin yaşanmamasının şahididirlər. İranda isə tam əksidir. Onların sünni təriqətinin axundu olan Əbdülhəmidə qarşı etdikləri ortadadır. Ümumilikdə İranın sünnilərin yaşadığı bölgələrində nümayişə çıxan insanların hansı qəddarlıqla üzləşməsinin şahidiyik. Hətta iranlılar “Bəhai” adlı dini qrupu öz torpaqlarından didərgin salmışdılar. İranda bu gün normal münasibətin bəsləndiyi millət ermənilərdir ki, bunun da əsas səbəbi Azərbaycanla düşmənçilikdir”.

Politoloq deyib ki, İranın Azərbaycan xalqını din pərdəsi altında öz tərəfinə çəkmək cəhdləri nəticə verməyəcək:

“Tehran rejiminin uydurduğu nağıllara qulaq asanlar elə İrana xidmət edənlərdir. İran bu kəsimin əli və dili ilə casusların həbsini dindarlara qarşı mübarizə kimi təqdim edir. Amma nə olursa olsun, İranın casus şəbəkələrinə qarşı mübarizə əsla dayanmayacaq. Bu mübarizə İrana xidmət edən sonuncu şəxsin saxlanılmasına kimi davam etdirilməlidir. Bu məsələdə xalqın dövlətin yanınadır”.

(Global.info)

Poliqon.info


Etiket: İran cəsus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar