Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd təsərrüfatı naziri vəzifəsini icra edən şəxs kimdir? - Tərcümeyi-hal

2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib...

Prezident İlham Əliyev İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi və bu vəzifənin müvəqqəti icrasının Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilməsi barədə sərəncam imzalayıb.

Poliqon.info S.Cəfərovun tərcümeyi-halını təqdim edir.

Cəfərov Sarvan Elxan oğlu 28 oktyabr 1985-ci ildə anadan olub.

1992-2003-cü illərdə Bakı şəhərinin 178 saylı orta məktəbində təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə isə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb.

Hər iki pillə üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə hərbi xidmətdə olub. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması ixtisası (MBA) üzrə magistr təhsili alıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasında magistr təhsili alıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi, 2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.
2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi, 2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.

2020-ci ilin mart ayından Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

İngilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Ən çox oxunanalar