Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Hacılı Bəxtiyar Hacıyevdən yazdı

Bəxtiyar Hacıyevə verdiyim gizli məktub...

Ramin Hacılı həbsxanadan və cərmələnməsinin səbəbindən yazdı

09 iyul 2021-ci ildə həbs olundum. Həbsim və başıma gətrilən qanunsuzluqlar barədə çox yazmışam.

Hazırda mənə təyin olunan 9 il cəzadan verdiyim şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. İnanıram kı, nəhayət işimə düzgün baxılacaq və barəmdə ədalətli qərar çıxarılacaq.

Mənə əvvəl 3 il 6 ay həbs cəzası, sonra 1500 AZN cərimə cəzası verildi. Bunlar bəs etmədi. Yenidən məhkəməyə çıxarıldım və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, keçmiş MTN polkovniki Azad Məcidov cəzamı 8 il etdi. 1500 manat cərimə cəzasını da saxladı üzərimdə.

Bu yazımda 1500 manat cərimədən bəhs edəcəm. 9 iyulda həbs olunduqdan sonra Bakı İstintaq Təcridxanasına etap olundum. 5 aydan çox orada saxlanıldım. 29 dekabr 2021-ci il tarixində 16 saylı Cəzaçəkmə Müəssəsinə etap edildim. 15 gün sonra, yəni 11 yanvarda (2022-ci il) 16 saylı CÇM-dən 3 saylı İstintaq Təcridxanasına (Şüvəlan), oradan da Beyləqan Polis İdarəsinə etap edildim.

Sizi çox yormayım, mən 1 il ərzində 7 dəfə etap edilmişəm. Onlardan ən qəribəsi Beyləqana etap edilərək Füzuli Rayon Məhkəməsinə çıxarılmağım olub.

Sən demə, mən həbs edildikdən sonra Bəxtiyar Hacıyev məni məhkəməyə verib. Özü də 2013-ci ildə onun barəsində yazdığım məqaləyə görə.

O məni məhkəməyə verəndə artıq 3 il 6 ay cəza almışdım və 6 aydan çox idi həbsdə saxlanılırdım. Fürsətçil Bəxtiyar “Cipi”nə minib basa-basa Horadizə gələrək məhkəmədən mənə əlavə cəza təyin edilməsini tələb edirdi. Verdiyi ərizəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə görə cəzalandırılmağımı istəmişdi.

Əvvəlcə ona barışıq təklif etdim. Həbsdə olmağımı, üzləşdiyim çətinlikləri və ortaq məxrəcə gələ biləcəyimiz halları qeyd etdiyim məktubumu ona təqdim etdim.

Gözləyirdim ki, həmin məktubu sosial şəbəkə hesablarından paylaşaraq ortaq məxrəcə gəldiyimizi elan edecək. Cünki həmin məktubda yazdıqlarım ona daha çox sərf edirdi.

Lakin Bəxtiyar nəinki gözlədiyimi etdi, hətta daha da qızışdı. Anladım ki, sifariş yerinə yetirir. Əgər o öz maraqlarını və ya şəxsiyyətini düşünsə idi həmin məktubu paylaşmalı və qələbəsini elan etməli idi. Əksinə, o hakimdən mənə ağır cəza tələb etdi. Bu azmış kimi məktubu aparıb həbsimi sifariş edənlərə də çatdırıb.

Bunu da mənə qarşı sonradan aparılan və 9 il cəza almağıma səbəb olan “istintaq” dan öyrəndim.

Bəxtiyar Hacıyev çıxışında tərəfimdən şərəfinin təhqir edildiyi üçün mənə ağır cəza tələb edəndə ona “sənin şərəfin o qədər dərindədir ki, 9 il sonra yadına düşüb?” sualını ünvanladım. O, özündən çıxdı və mənim həbsimi kimlərin təşkil etdiyini deməyə başladı.

Hiyləgər Bəxtiyar bununla hakimə mənə ağır cəza verərsə, mükafatlandırılacağının mesajını verməyə çalışırdı.

Hər şey bir yana o, mənim həbsimi kimlərin necə təşkil etdiyini dəqiq danışdı. O, bütün bunları haradan bilirdi?

Hakim hər ikimizi dinlədi və bu mübahisəli proses 2 saatdan çox cəkdi. 02 fevral 2022-ci il tarixində olan bu iclasın sonunda hakim yekun hökmü açıqladı. Ortada olan fakta görə (16 yaşlı qıza yazılan intim təklifin skrini ) mənə böhtan maddəsi üzrə bəraət verildi. Məqaləmdə Bəxtiyar Hacıyev haqqında “kişi fahişəsi” ifadəsi işlətdiyimə görə təhqir maddəsi üzrə 1500 manat cərimə olundum.

Qərardan narazı qalan kinli Bəxtiyar Hacıyev tanınmış “vəkil” dostunun köməyi ilə şikayət ərizəsi hazırlayaraq apellyasiyaya müraciət etdi.

13 iyun 2022-ci ildə baş tutan prosesdə Bəxtiyar Şirvan Apellyasiya Məhkəməsinin hakimlərindən mənə ağır cəza təyin edilməsini tələb edirdi.

Hər ikimizi dinləyən hakimlər yekunda Füzuli Rayon Məhkəməsinin hökmünü qüvvəsində saxladı.

Bu qərardan narazı qalan B.Hacıyev hakimləri təhqir etməyə başladı. Cəmi 5 dəqiqə əvvəl mənim təhqirə görə cərimələnməyim barəsində hökmü qüvvəsində saxlayan hakimlər donquldanıb zalı tərk etdilər.

Bu işə 03 fevral 2023-ci ildə Ali Məhkəmədə də baxıldı. Həbsdə olan Bəxtiyar bu halda da barışıq təklifimi rədd etdi və Ali Məhkəmə 1500 manat cərimə cəzasını qüvvədə saxladı.

İndi mən Bəxtiyar Hacıyevə kişi fahişəsi dediyimə görə dövlət büdcəsinə 1500 manat köçürməliyəm.

Sosial şəbəkələrdə yazılanlardan görürəm ki, 10 il sonra olsa belə, məni qınayanların əksəriyyəti Bəxtiyar Hacıyevin əsl mahiyyətini görüb.

Halbuki mənə onun indi ifşa olunan mahiyyətini və iş birliyində olduğu qüvvələrlə əlaqələrini dilə gətirəndə dostlarım belə inanmır.

Doğurdan da Elçibəyin təbirincə desək, hər şeyin zamana ehtiyacı var.

Sayqılarla, Ramin Hacılı

Azərbaycan Avropa Hərəkatının sədri

P.S.Yeri gelmişkən artıq 2 ilə yaxındır həbsdə saxlanılıram. Bu müddətdə anamla açıq görüşə icazə vermirlər, amma Bəxtiyar 2 aydır həbsdədi ona görüş verirlər. Mən aclıq edirəm fikir vermirlər, Bəxtiyar Hacıyev aclıq edir, aparırlar xəstəxanaya. Məncə, hamıya hər şey aydındır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Ən çox oxunanalar