Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hökumət indiyədək bu agentliyi formalaşdıra bilməyib" - Osman Gündüz

Elm və Təhsil Nazirliyi AMEA-dan ayrılan elmi müəssisələrin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamalıydı...

"28 iyul 2022-ci il tarixdə elm sahəsində tənzimləmə və idarəetmənin təkmilləşdirilməsi, elmi fəaliyyətin əlaqələndirilməsilə bağlı Prezident fərmanı imzalanıb. Bu fərman əsasında Elm və Təhsil Nazirliyi yaradılıb və AMEA tabeliyində olan elmi müəssisə və təşkilatların, elmi-xidmət qurumlarının bir çoxu bu Nazirliyin tabeliyinə keçirilib".

Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu fərman əsasında Nazirlikdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradılıb:

"Maraqlıdır ki, hökumət indiyədək bu Agentliyi formalaşdıra bilməyib. Hansı ki, adı çəkilən fərman əsasında Nazirlər Kabineti 3 ay müddətində Nazirliyin yeni əsasnaməsini və strukturunu, həmçinin Agentliyin əsasnamələrini hazırlamalı idi. Elmi müəssisələrin gələcək taleyi müəyyənləşməliydi. Elm və Təhsil Nazirliyi AMEA-dan ayrılan elmi müəssisələrin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamalıydı. Fərmanda bu məqsədlə nəzərdə tutulan müddət başa çatsa da, hələlik nə qeyd olunan Agentlik fəaliyyətə başlamayıb, nə də Nazirliyin tabeliyinə verilən elmi müəssisələrin gələcək fəaliyyətinə aydınlıq gətirilməyib. Görünür ki, bu sahədə hökümətdə fikir ayrılıqları var və hələlik oturuşmuş bir baxışlar formalaşmayıb.

Elmi tədqiqatlar və innovasiyalar sahəsində müəyyən işlər görülsə də , uzun illərdən bəri öz həllini gözləyən xeyli problemlər var. Beynəlxalq statistika və reytinqlər də bunu göstərir. Ümid edək tezliklə Agentliyin formalaşması baş tutacaq".

Poliqon.info


Etiket: Osman Gündüz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar