Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa və Almaniya arasında qalmaqala görə Aİ liderlərinin görüşü təhlükə altındadır

Aİ liderlərinin gözlənilən görüşü Fransa və Almaniya arasında münaqişənin alovlanması səbəbindən təhlükə altındadır.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

Bildirilir ki, Brüsseldə keçiriləcək görüşdə blokun iqtisadi rəqabət qabiliyyəti və Ukraynaya dəstəyini müzakirə etmək planlaşdırılır, lakin “qalmaqal” danışıqların gedişinə təsir göstərə bilər.

Resursun martın 20-də verdiyi məlumata görə, Almaniya kiçik müttəfiq qrupu ilə birlikdə daha əvvəl Aİ-nin 2035-ci ilə qədər ənənəvi mühərrikli avtomobillərin satışını qadağan etmək qərarını əngəlləmişdi, çünki bu, Almaniyanın avtomobil sənayesinə fayda verəcək. Eyni zamanda, Berlin qalıq yanacaqlara sintetik alternativin istisna edilməsində israrlıdır, lakin bu tələb artıq Avropa Parlamentində iki dəfə rədd edilib.

Öz növbəsində Fransa nüvə enerjisinin Aİ-nin “təmiz” texnologiyaları siyahısına daxil edilməsinə nail olmaq istəyini bəyan edib, bu isə artıq Almaniyanın qəzəbinə səbəb olub.

Nəşr əlavə edib ki, kansler Olaf Şolzun Avropa Komissiyasına təzyiqi Parisi xüsusilə qəzəbləndirib.

Noyabrın 21-də bildirildi ki, Amerika Birləşmiş Ştatları ərazisində açılan müəssisələr üçün vergi endirimləri və enerji təchizatı sahəsində güzəştlər nəzərdə tutan ABŞ-nin inflyasiyanın azaldılması qanunu səbəbindən də Avropa yeni ticarət müharibəsi astanasındadır.

“Politico”nun fikrincə, problem ondadır ki, Vaşinqtonun layihəsi şirkətləri Avropadan investisiyaları geri çəkməyə sövq edəcək və müştəriləri ABŞ elektromobillərini almağa təşviq edəcək, bu isə Avropanın böyük avtomobil istehsalçılarını hiddətləndirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Ən çox oxunanalar